“ASAN” - Azərbaycanın intellektual brendi
30.12.2021 [10:42]
Günel Abbas
Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı “ASAN xidmət” layihəsidir. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
Xatırladaq ki, 29 dekabr “ASAN xidmət” işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə mərkəzin bir ildə gördüyü işlər barədə ictimaiyyətə geniş məlumat ötürülüb. Hazırda Azərbaycanda 21 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 672 mindən çox vətəndaşın 49 milyondan çox müraciəti daxil olub.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən 2021-ci ildə bir çox layihələrdə təkmilləşdirmə aparılaraq yeni imkanlar yaradılıb, həmçinin yeni layihələr həyata keçirilib. 2021-ci ildə Milli İnformasiya Mübadilə Sistemi - “ASAN Bridge” istifadəyə verilib, 37 qurum inteqrasiya olunub. Mərkəz tərəfindən “myGov” elektron hökumət portalının mobil tətbiqi, eləcə də vaksin pasportlarının yoxlanması üçün “CheckApp” mobil tətbiqi istifadəyə verilib. “myGov elektron hökumət portalına vaksin, əks göstəriş və immunitet sertifikatları inteqrasiya edilib, portalda bir sıra yeni xidmətlər yaradılıb, inteqrasiyalar həyata keçirilib. “ASAN Login”də vətəndaşlar üçün videoqeydiyyat imkanı, eləcə də yeni mobil nömrə əlavəsi imkanı yaradılıb və istifadəçi sayı 2.3 milyona çatıb. Pandemiyada yaradılan icaze.e-gov.az sistemində şənliklərin qeydiyyatının aparılması məqsədilə işlər aparılıb. Mərkəz tərəfindən 3 “ASAN xidmət” mərkəzində rəqəmsal hökumət pəncərələri yaradılıb.
Regionlarda elektron dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Rəqəmsal İcra Hakimiyyəti - rih.gov.az portalı yaradılaraq istifadəyə verilib. Paralel olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə icazələrin verilməsilə bağlı xidmətləri təkmilləşdirilib və yeni xidmətləri istifadəyə verilib. Elektron Sənəd Dövriyyəsi sisteminin tətbiqilə bağlı işlər görülüb, qurumlar inteqrasiya edilib.
“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün xüsusi xidmət təşkil edilib. Bu xüsusi xidmət vasitəsi ilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilərlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) müvafiq işlərə şamil edilib. Həmçinin, 40 şəhid ailəsi üzvü və 15 qazi “ASAN xidmət” mərkəzlərində işlə təmin olunub.
“ASAN xidmət”dən verilən məlumata görə, bu il ərzində “Azərbaycan 500 ASAN Startup” proqramı başlanılıb, “İnnoklub” təsis edilib, “Gələcək üçün bacarıqlar” layihəsi gerçəkləşib, “Baykar” şirkəti ilə və “T3 Vaqfı” ilə “Bilim Azərbaycan” layihəsinə dair razılıq əldə edilib. Eyni zamanda “Baykar” şirkəti ilə Memorandum imzalanıb. Həmçinin, ASAN İnnovativ İnkişaf Mərkəzi yaradılıb. Mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir.
Qeyd olunub ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 28000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 2700-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

