/ / YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş iki günlük Qarabağ turu təşkil edilib
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş iki günlük Qarabağ turu təşkil edilib
10.06.2026 [11:09]
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Qarabağa iki günlük maarifləndirici və vətənpərvərlik xarakterli səfər təşkil olunub.
Tur YAP Nəsimi rayon təşkilatının rəhbərliyi və aparatının əməkdaşlarının, Nəsimi rayonu üzrə şəhid ailələrinin üzvlərinin, eləcə də partiya fəallarının iştirakı ilə həyata keçirilib.
Səfərin əsas məqsədi iştirakçıları işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir şəhərsalma və memarlıq layihələri, tarixi-mədəni irsin bərpası istiqamətində görülən işlərlə yaxından tanış etmək, eyni zamanda Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyətini bir daha diqqətə çatdırmaq olub.
İki günlük proqram çərçivəsində iştirakçılar əvvəlcə Ağdam Cümə Məscidini ziyarət edib, Əsgəran qalası və Xocalı Soyqırımı Memorial Kompleksi ilə tanış olub, daha sonra Xankəndi şəhərinə səfər edərək Zəfər tağının önünə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, aparatın məsul işçiləri partiya fəalları tərəfindən gül dəstələri düzüblər.
Xankəndi şəhərində aparılan yenidənqurma işləri ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşa şəhərinə yollanıb. Şuşada Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi və Yuxarı Gövhər Ağa məscidi ziyarət olunub, şəhərin tarixi-mədəni simasının bərpası istiqamətində görülən işlər barədə geniş məlumat verilib. Günün sonunda iştirakçılar Şuşada yerləşən Qarabağ Hoteldə yerləşərək axşam yeməyi zamanı səfər təəssüratlarını bölüşüblər.
Səfərin ikinci günü Şuşa şəhəri ilə tanışlıq davam etdirilib. İştirakçılar Güllələnmiş Büstlər Kompleksini, Xurşidbanu Natəvanın yaşadığı sarayı, Xan qızı Natəvan bulağını, Üzeyir Hacıbəyovun ev-muzeyini və Şuşa qalasını ziyarət ediblər. Daha sonra İsa bulağında olub şəhərin təbii və tarixi məkanları ilə yaxından tanış olublar.
Tur çərçivəsində Laçın rayonuna da səfər təşkil olunub. Burada Bayraq Meydanı, Seyrəngah, Həkəri çayı sahili, Zabux kəndi və Ceyran qızlar bulağı ziyarət edilib. İştirakçılar Laçın şəhərində və ətraf yaşayış məntəqələrində həyata keçirilən yenidənqurma, məskunlaşma və infrastruktur layihələri ilə tanış olublar.
Bakıya qayıdış marşrutu üzərində Laçın dəhlizi, Qubadlının, Zəngilanın və Cəbrayılın bir sıra yaşayış məntəqələri müşahidə olunub. İştirakçılara həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr və müasir şəhərsalma konsepsiyaları barədə ətraflı məlumat təqdim edilib.
Səfər zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri Azərbaycanın gücünün, iqtisadi imkanlarının və milli birliyinin bariz nümunəsidir.
YAP Nəsimi rayon təşkilatı tərəfindən təşkil olunan bu iki günlük Qarabağ turu iştirakçıların böyük marağına səbəb olub, onlarda azad edilmiş torpaqlarda həyata keçirilən möhtəşəm quruculuq işləri barədə daha dolğun təsəvvür formalaşdırıb və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini bir daha nümayiş etdirib.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46

