“Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət” mövzusunda konfrans keçirilib
14.12.2021 [15:21]
Dekabrın 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Vətəndaş mövqeyi: fərdi və ictimai məsuliyyət” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə konfransın aktual mövzuya həsr olunduğunu bildirib. O qeyd edib ki, hər bir cəmiyyətdə fərdi və ictimai məsuliyyət mühüm amildir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Azərbaycan gənclərinin yüksək vətəndaşlıq mövqeyinə uyğun formalaşdığını deyib. Onun sözlərinə görə, buna nümunə olaraq 44 günlük Vətən müharibəsini göstərmək olar. Belə ki, gənclərimiz əsl vətəndaş mövqeyindən çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etdilər.
Konfransda YAP Veteranlar Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov məruzə ilə çıxış edib. Mövzunu elmi-nəzəri təhlillərlə izah edən Ş.Əsgərov bildirib ki, vətəndaş mövqeyinə təsir edən amillər çoxdur: “Buraya siyasi, iqtisadi, milli-mənəvi amilləri aid etmək olar. Amma əsas amil təhsil və tərbiyədir. Ona görə də, gənclərimiz milli-mənəvi dəyərlərimizə sadiq olmalı, eləcə də yüksək biliklərə yiyələnməlidirlər”.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin vətəndaş mövqeyi hər kəs üçün nümunə olmalıdır. Həmçinin milli və ictimai maraqlarımızın qorunması ilə bağlı gənclərə tövsiyələrini də verib.
YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov çıxış edərək vətəndaşlıq mövqeyini yüksək keyfiyyət kimi dəyərləndirib. Onun fikrincə, hər bir vətəndaş baş verən proseslərə öz mövqeyini bildirməlidir. M.Mərdanov 1990-cı illərin əvvəllərində respublikada baş verən mürəkkəb proseslərlə bağlı öz vətəndaş mövqeyini cəsarətlə nümayiş etdirən insanların, ziyalıların fəaliyyətinin gənclərə nümunə olduğunu söyləyib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov isə bildirib ki, hazırda dünyada və regionmuzda ciddi proseslər baş verir. Belə bir şəraitdə Azərbaycanın milli maraqlarının müdafiə edilməsi hər bir vətəndaş üçün əsas vəzifə olmalıdır. Bu prosesdə vətəndaş cəmiyyəti və siyasi partiyalar da ön sıralarda getməlidir. Ölkəmizdə 3700-dən çox qeyri-hökumət təşkilatının fəaliyyət göstərdiyini deyən R.Qonaqovun sözlərinə görə, QHT-lər öz fəaliyyətlərində milli maraqlarımızı öndə tuturlar. O cümlədən, siyasi partiyalar da daim dövlət və xalq amilinə önəm verməlidir. R.Qonaqov bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin digər siyasi partiyalar üçün nümunə olduğunu diqqətə çatdırıb.
YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova isə vətəndaş mövqeyinin ailə münasibətləri əsasında formalaşdığını söyləyib.
Konfransda həmçinin, YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova, Tahir Məmmədov, Sudeyf İmamverdiyev və 91-lərdən biri Munis Bayramov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanda dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirləri qeyd edilən məqamların məntiqi izahı kimi dəyərləndirilə bilər. Natiqlər çıxışlarında gənclərə daim vətəndaş mövqeyindən çıxış etməyi, milli maraqlarımızı qorumağı tövsiyə ediblər.
Daha sonra konfrans diskussiya şəraitində davam edib, gəncləri maraqlandıran suallar da cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09

