Tarix Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu sübut etdi
22.11.2021 [15:01]
“29 il əvvəl “91-lər”in ulu öndər Heydər Əliyevə müraciəti müasir tariximizdə xüsusi önəm kəsb edir. Bu, müstəqilliyini yenidən əldə edən ölkəmizin düşdüyü ağır vəziyyətdən çıxmasına şans yaradan əlamətdar hadisədir. Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə böyük hədəfləri məqsəd qoyan partiyanın yaradılması və ölkəmizi sevən insanların Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşməsi bugünkü Azərbaycanın inkişafında, güclənməsində müstəsna rol oynamaqla tarixə qızıl hərflərlə yazılıb. YAP-ın yaranması müasir Azərbaycan tarixinin mühüm səhifələrindən biridir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib k, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi, 1992-ci il noyabrın 20-də Yeni Azərbaycan Partiyası təsis olunarkən sədr seçilməsi, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi və nəhayət 1993-cü il oktyabrın 3-də xalqımızın böyük dəstəyini qazanaraq Prezident seçilməsi kimi hadisələrin hər biri Azərbaycan xalqının müdrikliyinin və Ulu Öndərə olan inamının göstəricisidir. Xalqımız yaxşı bilirdi ki, ölkənin gələcəyi yalnız dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə uğurlu olacaq. Çünki, SSRİ dövründə də xalqımız qarşısında misilsiz xidmətləri olan böyük siyasətçi daim vətənin, millətin mənafeyini üstün tutub.
“Ulu öndər Heydər Əliyevin çoxillik fəaliyyəti siyasi məktəbə çevrilib. Heydər Əliyev məktəbinin ən parlaq nümunəsi isə onun siyasi varisi İlham Əliyevdir. Prezident İlham Əliyev sözügedən siyasi kursu daha da inkişaf etdirərək xalqımızın əmin-amanlığı üçün böyük işlər görüb və onun bu missiyası uğurla davam etməkdədir. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”, - deyə qeyd etməklə dahi siyasətçi Heydər Əliyev Azərbaycan xalqına gələcək günlərin anonsunu vermişdir. Zaman keçdikcə bu fikrin reallığa çevrilməsinin şahidi olduq. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi müddətində də xalqın inamını doğrultmuş, onların sevgisini qazanmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbə isə bütün dünyaya Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə inkişaf etmiş Azərbaycanın gücünü göstərdi. Bir neçə siyasi mərhələni müsbət nəticələrlə yekunlaşdıran Yeni Azərbaycan Partiyası bu gün də daha böyük hədəflərlə öz fəaliyyətini uğurla həyata keçirir. Tarix Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olduğunu sübut etdi”, - deyə Şahin İsmayılov vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

