/ / Müavinin istefa verməsi özünü demokrat, azad söz, şəffaflıq tərəfdarı kimi qələmə verən Əli Əliyevin ifşası oldu
Müavinin istefa verməsi özünü demokrat, azad söz, şəffaflıq tərəfdarı kimi qələmə verən Əli Əliyevin ifşası oldu
18.11.2021 [12:22]
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Əliyar Şirməmmədovun müavinlikdən və ümumiyyətlə bu partiya sıralarından istefa verməsi partiyadaxili bir çox qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Əslində bu partiya elə də ciddi bir partiya hesab edilə bilməz, çünki cırtdan bir partiya olan Vətəndaş və İnkişaf Partiyası özünü partiya sədri adlandıran youtuber Əli Əliyevin inhisarındadır. Sədr müavini olmuş şəxsin müavinlikdən istefa verməsini əslində adi bir hal kimi qarşılamaq olardı. Lakin müavinliklə bərabər partiya sıralarından istefa verməsi isə partiyadaxili münasibətlərin kritikliyindən xəbər verir. Əli Əliyev vəziyyəti görün hansı həddə çatdırıb ki, 30 illik dost olmuş şəxs onunla yollarını ayırmaq məcburiyyətində qalıb. Uzun müddət partiyada sədr müavini olmuş şəxs mətbuata verdiyi açıqlamada istefasının əsas səbəbini Əli Əliyevin diktator xislətli olması və partiyanı diktatorcasına idarə etməsi ilə əlaqələndirib.
Bir anlıq düşünün ki, partiyada müavin olaraq müəyyən səlahiyyətlərə sahib olan şəxs sədrin bu cür qeyri-adekvat davranışından təngə gəlir və istefa verir. Belə olan halda bu partiyada sıravi üzv olan şəxslərin vəziyyətini, onların üzləşdikləri problemləri təsəvvür etmək heç də çətin deyil. Bu hal Əli Əliyevin kiçik bir partiyanın belə idarə edilməsində səriştəsiz biri olduğunu deməyə əsas verir və onun fiaskoya uğradığını göstərir. Bütün bu baş verənlərdən sonra Əli Əliyev partiya sədrliyindən istefa verməli və siyasətlə məşğul olmaq cəhdlərindən əl çəkməlidir. Müavinin istefa verməsi özünü demokrat, azad söz, şəffaflıq tərəfdarı kimi qələmə verən Əli Əliyevin eyni zamanda ifşası oldu. Qeyri-vaxt demokratiydan danışan Əli Əliyevə bu yerdə belə bir sual vermək əsil yerinə düşər. Nə oldu, Əli Əliyev?!
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42

