Bu gün Beynəlxalq Meşələr Günüdür
21.03.2026 [16:33]
Bu gün Beynəlxalq Meşələr Günüdür.
AZƏRTAC xəbər verir ki, günün təsis edilməsinin təşəbbüskarı 1971-ci ildə keçirilən 23-cü Baş Assambleyada Avropa Kənd Təsərrüfatı Konfederasiyası olub və bu ideya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib.
Əslində, əvvəlcə bu günü Cənub yarımkürəsində payız və Şimal yarımkürəsində yaz bərabərliyində qeyd etmək qərarı verilib. 2012-ci ildə BMT Baş Assambleyası 2012-ci il 21 dekabr tarixli 67/200 nömrəli qətnaməsi ilə cəmiyyəti meşələrin qorunmasının vacibliyi barədə məlumatlandırmaq və onların əhəmiyyəti barədə məlumatlılığı artırmaq üçün 21 mart Beynəlxalq Meşələr Gününün hər il qeyd olunmasını təsdiqlədi. Hər il günün tədbirləri müəyyən bir mövzuya həsr olunur. Bu il Beynəlxalq Meşələr Günü "Meşələr və iqtisadiyyatlar" devizi ilə qeyd olunur.
Meşələrin və onların sərvətlərinin qorunması bu gün bütün ölkələrin üzləşdiyi ən vacib ekoloji problemlərdən biridir. Son illərdə meşələrin qırılması ilə bağlı tendensiyalar təkcə ekoloqlar arasında deyil, həm də bütün beynəlxalq ictimaiyyət arasında həyəcan təbili çalıb.
Son 10 min ildə 26 milyon kvadratkilometr meşə məhv edilib
Hazırda Yer kürəsindəki ümumi meşə sahəsi təxminən 38 milyon kvadrat kilometrdir (dünya quru sahəsinin təxminən üçdə biri), bunun 13 faizi qorunan ərazilərdir.
Meşələr planetimizin ağciyərləridir, əvəzsiz ekoloji, sosial və iqtisadi əhəmiyyətə malikdirlər. Həmçinin, insanlar üçün qida və sağlam mühit təmin edir, torpağın münbitliyinin və landşaftların qorunmasına kömək edir.
Dünyada 5 milyarddan çox insan qida, dərman və dolanışıq üçün meşələrə və meşə məhsullarına güvənir. İki milyarddan çox insan yemək bişirmək üçün odun və digər ənənəvi yanacaqlardan istifadə edir. Onlar 2000-dən çox yerli xalq və etnik qrup da daxil olmaqla, dünyada 1,6 milyard insan üçün qida, dərman, yanacaq, sığınacaq və gəlir təmin edirlər. Dünyanın bəzi bölgələrində meşələr və ağaclar kənd təsərrüfatı gəlirlərinin təxminən 20 faizini təşkil edir.
Lakin dünyanın meşə sahəsi hər gün durmadan azalır və Yer kürəsində hər saniyə 1,5 hektardan çox meşə sahəsi itirilir. Bu, əsasən əhali artımı və meşəlik ərazilərin insanların ehtiyaclarını ödəmək üçün istifadə olunması ilə əlaqədardır. Bəzi ekspert hesablamalarına görə, insanlar son 10 min ildə 26 milyon kvadrat kilometr meşəni məhv ediblər. Meşələr, həmçinin yanğınlar, qanunsuz ağac kəsimi, təbii fəlakətlər, zərərverici həşəratlar, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşə sahəsinin itirilməsi bütün təbiət və bəşəriyyət üçün qlobal nəticələrə səbəb olan dönməz mənfi proseslərə gətirib çıxarır.
Bu baxımdan, Beynəlxalq Meşələr Gününün əsas məqsədi insanların diqqətini meşələrin qorunmasına çəkməkdir.
Meşə itkisi və deqradasiyası bütün ölkələrin birgə tədbirlər görməsini tələb edən beynəlxalq problemlərə çevrildiyindən BMT bütün üzv dövlətləri bu günün xüsusi tədbirlərlə qeyd olunmasını dəstəkləməyə çağırıb. Bu gün dünyanın əksər ölkələrində meşələrin və yaşıl sahələrin qorunmasına yönəlmiş müxtəlif tədbirlər və fəaliyyətlər, o cümlədən məlumatlandırma tədbirləri, müxtəlif müsabiqələr və sərgilər, ağacəkmə kampaniyaları və müxtəlif fləş-moblar keçirilir. Həmin ictimai və ətraf mühit təşkilatlarının fəaliyyətlərinin çoxu hökumət rəsmiləri tərəfindən dəstəklənir. BMT-nin üzv dövlətləri müvafiq razılaşmalar əldə edib və hazırda məqsədyönlü meşəsalma siyasəti çərçivəsində bir sıra tədbirlər həyata keçirirlər.
Respublikamızın meşə fоndu sahəsi ümumi ərazinin 14 faizini təşkil edir
Respublikamızın meşə fоndu sahəsi 1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir.
Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. Ekoloji mühitin əsas tərkib hissələrindən hesab olunan meşələr bütövlükdə birinci qrupa aid edilməklə, qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin, səhralaşma proseslərinin genişlənməsinin, bioloji müxtəlifliyinin azalmasının, atmosferdə qaz balansının pozulmasının qarşısının alınmasında əvəzsiz əhəmiyyət kəsb etməklə yanaşı, respublikamızın sosial-iqtisadi, mədəni, müdafiə sahəsindəki inkişafında da əhəmiyyətli rol oynayır.
Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait var. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir.
Çox təəssüflə qeyd olunmalıdır ki, Ermənistanın təcavüzü nəticəsində meşələrimizə külli miqdarda ziyan vurulub.
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27

