/ / Milli Məclisin deputatı Ağalar Vəliyev Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə Xaçmaz rayonunda ehsan mərasimi təşkil edib və şəhid ailələrinə maliyyə dəstəyi göstərib
Milli Məclisin deputatı Ağalar Vəliyev Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə Xaçmaz rayonunda ehsan mərasimi təşkil edib və şəhid ailələrinə maliyyə dəstəyi göstərib
25.09.2025 [19:28]
57 saylı Xaçmaz şəhər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və İcra Hakimiyyətinin dəstəyi ilə Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə anım tədbirləri və ehsan mərasimi təşkil olunub.
İlk öncə millət vəkili Xaçmaz rayon İcra hakimiyyətinin başçısı Elnur Rzayevlə birgə 2016-cı ilin aprel döyüşlərinin 2, 2020-ci ilin Vətən müharibəsinin 21 və 2023-cü ilin antiterror əməliyyatının 5 şəhidinin ailə üzvləri ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə qəhraman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb, şəhid ailələrinin sosial problemləri dinlənilib, onların qayğıları ilə maraqlanılıb və deputat tərəfindən şəhidlərin ildönümü mərasimlərinin keçirilməsi üçün 28 şəhid ailəsinə maliyyə vəsaiti təqdim edilib.
Görüşdən sonra Ağalar Vəliyevin maliyyə dəstəyi ilə rayon rəhbərliyinin, geniş ictimaiyyətin nümayəndələrinin, ağsaqqalların, din xadimlərinin, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının iştirakı ilə 550 nəfərlik ehsan süfrəsi açılıb. Ehsan mərasimində şəhidlərin əziz xatirəsi dərin ehtiramla anılıb və onların ruhlarına dualar oxunub.
Mərasimdə xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Qeyd olunub ki, Xaçmaz rayonu da daxil olmaqla ölkəmizdə şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində zəruri tədbirlər görülüb.
Bildirilib ki, ölkə rəhbərliyinin bu sahədəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı seçki dairəsi üzrə Xaçmaz rayonundan olan şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə iştirakçılarına həssaslıqla yanaşır, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmir.
Belə ki, ötən müddət ərzində Milli Məclisin üzvü tərəfindən 111 şəhid və 119 qazi ailəsinin sosial problemlərinin həllinə maliyyə dəstəyi göstərilib. Şəhid ailələri, qazilər və müharibə veteranları daxil olmaqla Yeni İl, Novruz, Ramazan və Qurban bayramlarında 1025 aztəminatlı ailəyə ümumilikdə 4100 ədəd ərzaq bağlaması çatdırılıb.
Eyni zamanda şəhid və qazi ailələri nəzərə alınmaqla son iki il ərzində 124 nəfər Şuşa-Xankəndi-Laçın turuna, cari ildə isə 5 nəfər Həcc ziyarətinə göndərilib. Həmçinin, bu il orta məktəblərdə təhsil alan 20 şəhid və qazi övladına və tələbə adı qazanan 2 şəhid övladına maliyyə dəstəyi göstərilib.
Anım tədbirlərinin iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

