Pirallahı rayonunda silsilə ağacəkmə aksiyaları davam etdirilir
24.10.2024 [16:31]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Pirallahıda 10 min ağac və kollar, həmçinin 8600 gül və çiçəklər əkiləcək. Aksiyaya hazırlıq mərhələsində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə ünvanlar müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.
Oktyabrın 24-də Pirallahı rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada RİH-nin başçısı Vasif İmanov, RİH-nin məsul əməkdaşları, rayonun idarə, müəssisə və xidmət sahələrinin kollektivləri iştirak etdilər. Aksiya zamanı 2000, ümumilikdə isə bu günlər ərzində 6000-dən çox ağac və 7000-dən yuxarı gül və çiçək kolları əkilmişdir. Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonun ekoloji tarazlığının qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.
Rayonda keçirilən belə tədbirlər eyni zamanda, ictimaiyyətin ekoloji məsələlərə daha çox diqqət ayırmasına və cəmiyyətin təbiətə münasibətdə daha məsuliyyətli olmasına şərait yaradır. Bununla yanaşı, ölkənin ekoloji siyasətinə uyğun olaraq, iqlim dəyişikliyinin qarşısının alınması və təmiz gələcək üçün görülən tədbirlər böyük əhəmiyyət daşıyır. Yaşıllıqların genişləndirilməsi və təbii sərvətlərin qorunması, gələcək nəsillərə sağlam bir mühitin miras qoyulması üçün vacib bir addımdır.
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36

