Bu gün Beynəlxalq Dənizçilik Günüdür
25.09.2024 [07:40]
25 sentyabr dünyada Dənizçilik Günü kimi qeyd edilir
Birləşmiş Millətlər Təşkilatında beynəlxalq bayramlardan biri olan Dünya Dənizçilik Günü 1978-ci ildən Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib və 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.
Dünya Dənizçilik Gününün məqsədi dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır. Həmin günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini dəniz nəqliyyatının təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin əhəmiyyətli aspektlərinə yönəltməkdir. Buna görə də Dünya Dənizçilik Günü qeyd olunarkən sahənin müxtəlif problemləri qabardılır.
Azərbaycanda dənizçilik sahəsinin şanlı tarixi var və bu tarixin yazılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Belə ki, ölkəmizdə dənizçiliyin inkişafına birbaşa və həlledici təsirləri olan “Əsrin müqaviləsi” neft sazişi, Böyük İpək Yolunun bərpası və Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz Ümummilli Liderin adı ilə bağlıdır.
Bu gün dənizçilik sahəsi yeni inkişaf mərhələsindədir. Bu baxımdan 2013-cü ildən bu günə kimi Xəzər Dəniz Donanmasına 20-dən çox yeni gəminin alınması, müasir gəmilər inşa edən Bakı Gəmiqayırma Zavodunun inşası, Xəzər dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınması bu mərhələnin bariz nümunələri kimi göstərilib.
Respublikamızda dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı məqsədilə 2021-ci ilin oktyabr ayında Prezidentin müvafiq fərmanı ilə Dövlət Dəniz və Liman Agentliyi yaradıldıqdan sonra bir sıra mühüm islahatlar da həyata keçirilib.
Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemində atdığı addımlar, xüsusilə dənizçilərə diplomların (sertifikatlar) verilməsi prosesinin sadələşdirilməsi, qurumun Beynəlxalq Dəniz Təşkilatının 2022-ci il auditindən uğurla keçməsi və dənizçilərin hazırlığı sisteminin Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahı”sında yer alması Azərbaycan dənizçiləri üçün böyük uğurdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında formalaşıb.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycanda mövcud olan iki böyük donanmanın - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
İki donanmanın birləşdirilməsində məqsəd dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılmasına və ölkənin tranzit potensialının gücləndirilməsinə nail olmaqdır.
Azərbaycan dənizçiləri gecə-gündüz, ilin dörd fəslində yorulmaq bilmədən Xəzərin mavi sularında dənizin keşiyini çəkir, bu sahənin inkişafına öz töhfələrini verirlər. Fədakar dənizçilərimizi bayram münasibəti ilə təbrik edir, onlara dözüm, mətanət və işlərində sonsuz uğurlar arzu edirik!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

