"Yaşil enerji"yə keçid neft-qazı olan və olmayan ölkələrin həmrəyliyi şəraitində baş verməlidir
06.06.2024 [12:49]
"Bakı həftəsindən" dünyaya mesajlar....
Bu günlərdə Azərbaycan dünyaya neft və qazdan "Yaşıl enerji"yə keçid prosesinin orijinal fəlsəfəsini və mütərəqqi konsepsiyasını təqdim edir.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Əslində bu keçid çoxdan başlayıb. Ancaq heç də hamı onun məzmun və mahiyyətini mütərəqqi şəkildə qəbul və təlqin etmir. Məsələn, neft və qazı olan ölkələri sanki "neft- qaz sahibi olmaq bir qəbahət imiş" kimi qaralamaq ovqatları var, guya "neft- qazı zəngin olan ölkələr alternativ enerjiyə keçməkdə maraqlı deyillərmiş" kimi qaralayıcı yanaşmalara rast gəlinirdi. İqlim dəyişmələrinin fəsadlarına görə inkişaf etmiş, inkişaf etməkdə olan və geridə qalmış ölkələrin məsuliyyətini ədalətsiz şəkildə eyniləşdirmək iddiaları var idi.
Neft və qaz kimi ənənəvi enerji növlərindən sürətli imtina kimi avantürist və əslində neft- qaz ölkələrinə qarşı qisasçı mahiyyətdə olan çağırışlar var idi. İqlim dəyişmələrinin fəsadları üstündə dünyanın inkişaf etmiş, etməmiş və kasıb ölkələri arasında aqressiv ritorikanı qızışdıran və düşmənçilik - qarşıdurma meyllərini körükləyən antibəşəri dairələr hələ də var.
Bakı enerji həftəsi çərçivəsində aparılan panel müzakirələrini diqqətlə izləmək kifayət edir ki, Azərbaycanın qlobal enerji transformasiyasına hansı mütərəqqi təşfiqedici ideyalar və istiqamətlər verdiyinə əmin olasan. Təbii ki, bu yöndə Prezident İlham Əliyevin bu ana qədərki çıxışlarında və açılış məruzəsindəki bir sıra məqamların xüsusi çəkiyə malik olduğu ayrıca deyilməlidir. İlham Əliyevin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qlobal həmrəylik prinsipini təklif etməsi, neft və qaza malik ölkələrin indiyə qədərki fəaliyyətlərini dəyərləndirmək üçün bir neçə dəqiq meyar təqdim etməsi, inkişaf etmiş və etməmiş ölkələrin ətraf mühitə müdaxilə məsələsində məsuliyyətlərini bərabərləşdirmək cəhdlərinin yolverilməzliyini bildirməsi, neft və qazdan birdən- birə tam imtinanın avantüradan başqa bir şey olmadığına diqqət çəkməsi, ənənəvi enerjidən yaşıl enerjiyə keçidin arasında "sinerjik əlaqənin" yaradılmasının zəruriliyini bəyan etməsi, keçidin inqilabi yox, təkamül prosesi olduğunu vurğulaması olduqca əhəmiyyətli tezislərdir. Azərbaycan Prezidentinin bu mülahizələri dünyanın enerji keçidinin fəlsəfəsini daha mütərəqqi və daha aydın platformaya çevirə bilən tezislərdir. Bunlar eyni zamanda enerji keçidi üstündə bəşəriyyətin ümumi maraqlarını yox, özünün geosiyasi maraqlarını, "iri dövlət " ambisiyalarını, "qlobal cənub" ölkələrinə qarşı qisas niyyətlərini həyata keçirmək istəyən dünya mərkəzlərinə tutarlı cavablardır.
Qısası - Azərbaycanın və İlham Əliyevin dünyaya mesajı budur:" Siyasətə və geosiyasətə deyil, dünyanın iqlim dəyişmələrindən həqiqi xilasına bəşəri prioritet kimi baxaq"!...”
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

