Qadınlara qarşı fiziki və psixoji şiddətin artmasına səbəb nədir?
23.05.2024 [17:44]
Son vaxtlar qadınlara qarşı zorakılıq hallarının artmasının şahidi oluruq.
Aparılan araşdırmalar göstərir ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2024-cü ilin 4 ayında 175 (57 psixi, 106 fiziki, 6 iqtisadi, 6 cinsi) müraciət daxil olub.
Bundan öncəki statistikaya nəzər yetirdikdə isə, 2021-2023-cü illər üzrə ümumi olaraq 1468 müraciət daxil olub. AQUPDK-nə daxil olan müraciətlərə əsasən, məişət zorakılığına məruz qalanların, 2022-ci ildə 475-qadın, 20-kişi, 81-uşaq, 2023-cü ildə 478-qadın, 27- kişi, 328-uşaq, 2024-cü ilin 4 ayı ərzində 157-qadın, 10-kişi, 114-uşaq olmuşdur.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şobəsinin məişət zoakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın müraciət daxil olur: "Hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Zərər çəkmiş şəxslərin aşkarlanmasında vətəndaş cəmiyyəti və media subyektləri, xüsusilə də sosial media çox böyük rol oynayır. Məişət zorakılığı halları indi həm də bu təsisatların sayəsində aşkar edilir, ictimaiyyətin və dovlət orqanlarının diqqətinə çatdırılır.
Dövlət Komitəsi tərəfindən aparılan geniş miqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər, mediada geniş işıqlandırılma məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib və Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb".
Qeyd edək ki, məişət zorakılığının yaranmasına təsir edən amillər-əksər ailələrdə kənardan olan müdaxilələr, qadınların iqtisadi asılılığı, gender bərabərsizliyidir.
Bundan əlavə alkoqol və narkotik asılılığı, xarakterdə zorakılığa meyllilik, maddi problemlər, qısqanclıq və uşaqlıqda yaşanan zorakılıq təcrübəsi də məişət zorakılığında daha çox rol oynayan səbəblərdir.
Bəs bu halların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?
Mütəxəssis açıqlamasında bildirir ki, məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi istiqamətində görülən işlər əsasən maarifləndirmə və məlumatlandırma xarakterli olmaqla dövlət orqanlarını, bələdiyyələri, vətəndaş cəmiyyətini, müxtəlif əhali qruplarını, xüsusilə də gəncləri və media subyektlərini əhatə edir: "Zərər çəkmiş şəxslərin müdafiəsi üzrə mövcud vasitələr barədə məlumatlar mediada mütəmadi işıqlandırılır.
Ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlərin görülməsində Daxili işlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinin, elektron poçt ünvanının, Dövlət Komitəsinin dəstəklədiyi 860 və 116 111 (Qadın Dəstək Xətti) nömrəli, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 116 123 nömrəli qaynar xəttlərinin mühüm rolu olur.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. Məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edilir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verilir. Şikayətdə cinayət tərkibinin əlamətləri olduğu halda ərizə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına yönləndirilir".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

