Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərməyi planlaşdırır

ABŞ Ukraynaya daha bir Patriot batareyası göndərməyi planlaşdırır

15.05.2024 [11:20]

ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevi daha bir Patriot batareyası ilə təmin etməyi düşünür. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqton Ukraynanın hava hücumundan müdafiə aktivlərinə olan ehtiyacını ödəmək üçün bunun üzərində işləyir.

Bundan əlavə, Ukraynanın Avropadakı müttəfiqləri də öz ehtiyatlarından Kiyevə əlavə hava hücumundan müdafiə sistemləri göndərmək planları üzərində işləyirlər.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Antoni Blinkendən Xarkov və region üçün iki Patriot hava hücumundan müdafiə sistemi istəyib. Zelenski həmçinin Ukraynaya yeni hərbi yardım paketinin mümkün qədər tez çatdırılması üçün müraciət edib.


Havar Şəfiyeva

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Fədakar alim...

25 May 11:30

Ədəbiyyat

Qadının kəşfi

25 May 11:20

Gündəm

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31