Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb
27.05.2026 [07:42]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərində Çinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir çıxışında artan qütbləşmə, beynəlxalq hüquqdan yayınma halları, habelə münaqişələrin qarşısının alınması və həlli mexanizmlərinin səmərəsizliyi fonunda BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb.
Bu çərçivədə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində çoxtərəfliliyin və dövlətlərin suveren bərabərliyi prinsipinin əhəmiyyəti qeyd olunub. Beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinin universal və qeyd-şərtsiz şəkildə tətbiqinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq hüquqa zidd əməllərə görə cəzasızlığın aradan qaldırılması və ədalətin təmin edilməsinin zəruriliyi vurğulanıb. Münaqişələrin ağır nəticələrindən əziyyət çəkmiş ölkələrlə, o cümlədən Azərbaycanla həmrəyliyin önəmi qeyd edilərək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin olunmasının beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti bildirilib.
Nazir Azərbaycanın BMT Nizamnaməsinin pozulmasının və beynəlxalq hüququn tətbiqindəki çatışmazlıqların ağır nəticələrini yaşamış ölkə olduğunu qeyd edib. Bununla belə, Azərbaycanın hazırda regional sabitliyə töhfə verən aparıcı dövlətlərdən biri kimi sülh gündəliyinin təşviqinə əməli addımlarla davam etdiyini vurğulayıb.
Çıxışda BMT sisteminin daha effektiv, inklüziv və çevik fəaliyyət göstərməsi üçün islahatların vacibliyi qeyd olunub.
Təhlükəsizlik Şurası islahatları üzrə hökumətlərarası danışıqlarda inkişaf etməkdə olan ölkələrin təmsilçiliyinin artırılmasının və Şuranın hesabatlılığının gücləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Həmçinin BMT Baş katibinin UN80 təşəbbüsü təşkilatın daha da əlaqələndirilmiş və üzv dövlətlərin ehtiyaclarına cavab verən quruma çevrilməsinə xidmət edən mühüm islahat gündəliyi kimi dəyərləndirilib.
Bununla yanaşı, regional təşkilatların və əməkdaşlıq formatlarının BMT-nin məqsəd və prinsiplərinə uyğun fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP-29 və Dünya Şəhərsalma Forumuna ev sahibliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) hazırkı sədrliyi çərçivəsində çoxtərəfliliyə mühüm töhfələr verdiyi bildirilib.
Çıxışın sonunda BMT Nizamnaməsinin xalqlar arasında birlik, əməkdaşlıq, sülh, ədalət və qanunun aliliyinə əsaslanan davamlı beynəlxalq sistem qurmaq məqsədi daşıdığı vurğulanaraq, yalnız birgə səylərlə daha inklüziv, cavabdeh və effektiv BMT mərkəzli çoxtərəfli sistemin qurulmasının mümkün olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

