Sistemli islahatların dərinləşdirilməsi
12.03.2024 [12:23]
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Yürüdülən məqsədyönlü, düşünülmüş siyasət, bütün sahələrdə aparılan konseptual xarakterli, həm də struktur islahatları ölkəmizin hərtərəfli, davamlı inkişafını təmin edir. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün heç zaman olmadığı qədər güclü və qüdrətlidir.
Təbii ki, ölkədə aparılan islahatlar, qanunvericilik sistemindən, parlamentdən yan keçə bilməzdi. 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi bu sahədə də aparılan sistemli islahatları dərinləşdirmək, Milli Məclisin fəaliyyətini daha təkmilləşdirmək məqsədi daşıyırdı.
Prezident İlham Əliyev 10 mart 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edərək, bir sıra mühüm məqamlara toxunmuş,Milli Məclis qarşısında vəzifələr müəyyənləşdirmiş, deputatlara öz tövsiyyələrini vermiş və eyni zamanda ciddi mesajlar da göndərmişdir.
Dövlətimizin başçısı çıxışında fevral ayında keçirilmiş seçkilərin əsas səbəbinin islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olduğunu bildirmişdir.
Prezident İlham Əliyev seçki prosesinin uğurla keçdiyini, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd etmişdir. Ölkə başçısı onu da əlavə etmişdir ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir.
Dövlətimizin başçısı Azərbaycanda seçki prosesinə həmişə ikili standartlar prizmasından yanaşan və qeyri-obyektivliklə fərqlənən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və onun təsiri altında olan bəzi qurumların fəaliyyətinə də toxunaraq bildirmişdir ki, siyasi sifariş yerinə yetirən bu qurumun bəyanatları və bəzi ölkələrdə seçkilərə verilən qiymət bir daha onların nə dərəcədə qeyri-obyektiv, qərəzli olmasını göstərir. Ölkə başçısı çıxışında eyni zamanda Avropa Parlamentinin siyasi saxtakarlığına da münasibət bildirib.
Cənab Prezident “Avropa Parlamentinə biz dəvət göndərməmişik, çünki birincisi, biz bu qurumun üzvü deyilik, ikincisi, buna lüzum görmürük, təxminən eyni səbəblərə görə. Çünki Azərbaycana qarşı ədalətsiz qətnamələrin qəbul olunması sahəsində Avropa Parlamenti birincilik əldə edib. Onların da qətnamələri bizim üçün tamamilə əhəmiyyətsizdir”,- deyərək bu quruma ciddi mesaj göndərib.
Prezident İlham Əliyev siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin labüdlüyünü bildirmiş, iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli olduğunu vurğulamışdır.
“Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır”,- deyən ölkə başçısı qeyd etmişdir ki, gənclər milli ruhda tərbiyə almalı, xarici təsir altına düşməməlidirlər.
Prezident İlham Əliyev deputatlara tövsiyə verərək qeyd edib ki, hər bir deputat seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. Dövlət başçısı əlavə edib ki, deputatlar seçildikləri dairələrin problemləri ilə daim maraqlanmalı, seçicilərlə görüşməli, dairələrdə olmalı, eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalı,bunları mərkəzi icra orqanlarının diqqətinə çatdırmalıdırlar.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

