Yeni Azərbaycan Partiyası ölkəmizin davamlı inkişafının təminatçısıdır
05.03.2024 [12:19]
Tarixi zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası bu illər ərzində şərəfli bir inkişaf yolu keçmiş, Ümummilli Liderimiz Heydər Əliyev irsinə sadiq qalaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirmiş və böyük siyasi qələbələr qazanmışdır. Partiyamız yarandığı gündən özünün bütün gücünü müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər etmişdir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ən vacib siyasi, ictimai hadisələrə münasibətdə hər zaman ön xətdə irəliləmiş, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlamışdır. Artıq Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası ötən müddət ərzində partiyanın Sədri, Möhtərəm Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq yüksələn inkişaf xəttini əsas prinsip kimi müəyyən edərək yeni hədəflərə, çağırışlara doğru inamla addımlamaqda davam edir.
Partiyanın 5 mart 2021-ci il tarixində keçirilən VII Qurultayında YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini,həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır. Bu qurultayda partiya daxilində yeni təyinatlar olmuşdur. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.
Yeni Azərbaycan Partiyasının VII Qurultayı məhz, cəmiyyətimizdəki yeniliklər və əsaslı dəyişikliklər zamanında keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.”
Müstəqil Azərbaycanımızın Prezidenti seçildiyi gündən etibarən İlham Əliyev cənablarının qarşıya qoyduğu bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII Qurultayının keçirilməsinin zərurəti də məhz bu səbəblərdən doğur.
YAP-ın VII Qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.
Bütövlükdə, YAP-ın VII Qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəltdi. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni bir siyasi nümunə ortaya qoydu. Ən əsası, VII Qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir. Hər zaman Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalacaq və müstəqil Azərbaycanın davamlı inkişafına, xalqımızın xoşbəxt və firavan həyat şəraitində yaşamasına çalışacaqdır. Qəti əminik ki, partiyamızın xalqımızın milli maraqlarına söykənən fəaliyyəti ölkəmizin bütün sahələrdə davamlı inkişafını təmin edəcək və Müstəqil, Suveren Azərbaycanımız zaman-zaman növbəti hədəflərinə çatacaqdır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

