Türkiyə - Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!
26.02.2024 [12:30]
Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri regionda əhəmiyyətli amilə çevrilərək uğurla inkişaf edir. Qloballaşan və müharibələrin cəngində əzilən dünyamızda həm qonşu, həm siyasi-iqtisadi əməkdaş, həm də dost-qardaş olan dövlətlər demək olar ki, yoxdur. Bu cəhətdən qeyd edə bilərik ki, başqa ölkələr arasında Türkiyə və Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələrinin bənzərini tapa bilmərik. Azərbaycan və Türkiyə arasında olan dostluq əlaqələrindən bəhs edərkən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Türkiyə, Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” sözlərini xatırlamaq kifayətdir ki, ölkəmizin qardaş ölkəyə verdiyi dəyəri anlayaq.
Azərbaycanın dərdini öz dərdi bilən Türkiyə dövləti və xalqı 2020-ci il Vətən müharibəsində də Azərbaycan xalqının ən birinci dəstəkçisinə çevrildi. Müharibənin ilk günündən son gününədək xalqımıza dəstək olan qardaş ölkə həm maddi, həm də mənəvi dəstəyini əsirgəmədi. Azərbaycan reallıqlarının dünyaya çatdırılması, beynəlxalq arenada göstərdiyi dəstək ilə Türkiyə öz qardaşlıq andını bir daha isbat etdi.
Qarabağın tacı olan Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsi bu gün iki qardaş dövlətin birgə fəaliyyəti üçün yol xəritəsi oldu. Ölkələrimiz arasında münasibətlərin gündən-günə möhkəmlənməsi, birgə layihələrin həyata keçirilməsi bu həmrəyliyin və qardaşlığın əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin ölkəmizdə keçirilən Prezident seçkilərindən sonra ilk rəsmi səfərinin məhz qardaş Türkiyəyə olması da bu qardaşlıq əlaqələrinin təzahürüdür.
Cari ilin 19 fevral tarixi Prezident İlham Əliyevin Türkiyənin paytaxtı Ankarada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla yadda qaldı. Ölkə başçısı qeyd etdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.
Dövlət başçısı bildirdi ki, cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcəkdir. Müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək və bu Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.
Görüşdə cənab İlham Əliyev Azərbaycanın və Türkiyənin birgə həyata keçirdiyi layihələrin kifayət qədər çox olmasından, nəqliyyat, enerji layihələrinin bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynamasından, enerji və nəqliyyat təhlükəsizliyinin bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardan olmasından ətraflı söhbət açdı.
Dövlət başçısı qeyd etdi ki, ticarət dövriyyəmiz sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.
Türkiyə-Azərbaycan əlaqələri bütün sahələri əhatə edir- siyasi, iqtisadi, hərbi, təhsil, idman, mədəniyyət və s. Bu sahələrin hər birində təqdirə laiq sazişlər, müqavilələr imzalanır. Belə ki, 19 fevral tarixində Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” , “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanmışdır. Təbii ki, iki ölkə arasında bu əməkdaşlığı dəstəkləyən kifayət qədər imzalanmış sənədlər var. Lakin yeni sənədlərin imzalanması gələcəkdə də bu münasibətlərin qorunması və davam etdirilməsi məqsədini güdür.
Beynəlxalq arenada da iki dövlət sanki bir dövlət kimi hərəkət edir, bir-birlərini daim dəstəkləyir. Bu səbəblə də bütün dünya ölkələri bu iki dövlətin qarşılıqlı münasibətini qəbul edir. Təbii ki, bu münasibəti dəstəkləyənlər olduğu kimi qısqanclıqla yanaşanlar da olur. Lakin bu sarsılmaz və təməli möhkəm olan qardaşlığı heç kimin yıxmağa gücü çatmaz. Çünki Azərbaycan və Türkiyə münasibətləri iki dövlətin siyasi əlaqəsi olmaqdan çıxmış, dostluq, qardaşlıq münasibətləridir.
YAP Samuyx rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29

