Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq genişləndirilir

19.06.2026 [13:46]

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Romada Mədəniyyət Abidələrinin Qorunması və Bərpası üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru Aruna Gujral ilə görüşüb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Azərbaycan ilə ICCROM arasında əməkdaşlıq barədə söz açılıb.

Baş direktor Aruna Gujral işğaldan azad olunmuş Azərbaycan ərazilərində qısa müddətdə həyata keçirilən yenidənqurma işlərini və mədəni irsin bərpası istiqamətində atılan addımları yüksək qiymətləndirib.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda mədəni mirasın qorunması və bərpasına xüsusi diqqət yetirildiyini bildirib, bu sahədə görülən işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan ilə təşkilat arasında ikitərəfli əməkdaşlıq sazişinin imzalanması, işğaldan azad edilmiş ərazilərimizə səfərin təşkili, burada mədəni irsin bərpa və konservasiyası ilə tanışlıq, görülən işlərin təhlili kimi məsələlər müzakirə olunub.

Görüş zamanı, həmçinin Azərbaycan mütəxəssislərinin beynəlxalq təcrübə qazanması və peşəkar biliklərinin artırılması məqsədilə onların ICCROM-un “Secondment” proqramı çərçivəsində təşkilatda fəaliyyət göstərməsi barədə razılıq əldə edilib.

Nazir Adil Kərimli Aruna Gujralı Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib. Xanım baş direktor tərəfindən dəvət məmnunluqla qəbul olunub.

Qeyd edək ki, görüş Azərbaycanın mədəni irsin qorunması və bərpası sahəsində beynəlxalq tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və konservasiya fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması, habelə bu istiqamətdə çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, eyni zamanda, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni irsin qorunması və beynəlxalq mədəni tərəfdaşlıqların genişləndirilməsi üzrə müəyyən edilmiş strateji prioritetlərin həyata keçirilməsinə xidmət edir.

Paylaş:
Baxılıb: 58 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30