Gənclərin əməkdaşlığı Azərbaycanla Makedoniya arasında körpü yaradır
07.02.2012 [12:36]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov ölkəmizdə səfərdə olan Makedoniya Türk Demokratik Partiyasının Gənclik Forumunun nümayəndə heyətini qəbul edib. YAP Sədrinin müavini Əli Əhmədov qonaqları salamlayaraq onların ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Bu səfərin Azərbaycan və Makedoniya gəncləri arasında dostluğun möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayan YAP-ın Sədr müavini bundan sonra da əlaqələrin genişləndirilməsi istiqamətində qarşılıqlı layihələrin gerçəkləşdiriləcəyinə ümidvar olduğunu bildirib. YAP-ın Azərbaycanda ən güclü siyasi partiya olduğunu deyən Əli Əhmədov partiya üzvlərinin 40 faizinin gənclərdən ibarət olduğunu bildirib. O, hər iki partiyanın gənclərinə sıx əlaqələr qurmağı və dostluq münaisbətlərini inkişaf etdirməyi tövsiyə edib: “Partiyamızın gəncləri beynəlxalq əlaqələrini genişləndirirlər. Hesab edirəm ki, bu səfər də həmin əlaqələrin bir nümunəsidir. ümumiyyətlə, gənclər arasında əlaqələrin genişlənməsi bütövlükdə partiyaların münasibətlərinin inkişafına böyük töhfə verir. Bu mənada, hesab edirəm ki, bu cür qarşılıqlı səfərlər, birgə layihələrin həyata keçirilməsi vacibdir”.
Makedoniyalı gənclərə Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin, ölkədə iqtisadi sahədə həyata keçirilən tədbirlər barədə məlumat verən YAP Sədrinin müavini Azərbaycan və türk gənclərinin birliyinin artıq böyük bir ənənəyə söykəndiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan Əli Əhmədov bu gün də bu fikrin vacibliyini xüsusi vurğulayıb. “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi Azərbaycanı inkişaf etmiş dövlətlər sırasına çıxarmaq və modern ölkəyə çevirməkdən ibarətdir. ölkəmiz sürətlə inkişaf edir, əhalinin rifah halı yüksəlir. Azərbaycanın yeganə problemi Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğalı və 1 milyondan çox insanın öz doğma torpaqlarından didərgin düşməsidir. Beynəlxalq təşkilatların vasitəçiliyinə, müəyyən sənədlərin qəbul olunmasına baxmayaraq, təəssüf ki, bu münaqişə hələ də həll edilməyib. Münaqişə Azərbaycanın daha sürətli inkişafına mane olsa da, bu gün ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətidir. Azərbaycan təkcə iqtisadi cəhətdən deyil, digər sahələr üzrə də nailiyyətlər qazanmaqdadır. “Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsini ölkəmizin mədəniyyətinin uğuru, gənclərimizin istedadının nümunəsi kimi dəyərləndirmək olar. Azərbaycan cəmi dördüncü cəhddə bu mahnı müsabiqəsinin qalibi oldu. ümumiyyətlə, ölkəmizdə gənclərə diqqət və qayğı dövlət siyasətində vacib yer tutur. Azərbaycanda Gənclər və İdman Nazirliyi fəaliyyət göstərir ki, bu qurum da bilavasitə dövlətin gənclər siyasətinin icrası ilə məşğul olur. Eyni zamanda, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlardan biri xaricdə təhsil almaqla bağlıdır ki, bunun əsasında da 2015-ci ilə qədər minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil alacaqlar”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov Azərbaycanın demokratiya sahəsində də uğurla inkişaf etdiyini qeyd edərək ölkəmizdə çoxpartiyalı sistemin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, parlamentdə 10-dan artıq siyasi partiya təmsil olunur və YAP-ın təmsilçiləri isə Milli Məclisdə 74 nəfərdən ibarətdir.
Nümayəndə heyətinin üzvü-Makedoniya Türk Demokratik Partiyasının Gənclər Forumunun sədr müavini Fuad Hacı Eyyub Azərbaycana səfərin onlarda xoş təəssürat yaratdığını bildirib. Qonaq Bakı şəhərinin inkişafına diqqət çəkərək paytaxtın gözəlliyini xüsusi olaraq vurğulayıb. Fuad Hacı Eyyub gənclərin əlaqələrinin Makedoniya ilə Azərbaycan arasında bir körpü olacağına inandığını da qeyd edib. Onun sözlərinə görə, hər iki partiyanın gəncləri arasında əməkdaşlığın perspektivi böyükdür. Təmsil etdiyi partiyanın fəaliyyəti haqqında da məlumat verən qonaq Makedoniya Türk Demokratik Partiyasının bu ölkənin parlamentində 1 deputat, hökumətdə isə 1 nazirlə təmsil olunduğunu vurğulayıb. O, hər iki partiyanın gəncləri arasında geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib.
Görüşdə YAP İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17

