Qərbi Azərbaycana qayıdış qarşıda duran əsas məqsədlərdən biridir
10.01.2023 [15:47]
Məlum olduğu kimi, son 30 il ərzində işğal etdikləri torpaqlarımızı viran qoyan ermənilər həmin vandalizmi Qərbi Azərbaycanda ata-baba yurdlarımızda da törədiblər. Onlar əcdadlarımızın əsrlər boyu yaratdığı mədəni və mənəvi sərvətləri dağıdaraq məhv ediblər. Belə ki, 1920-ci ildə erməni millətçilərinin təkidi ilə sovet hökuməti tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirib. Bu azmış kimi, xalqımız 1948–1953-cü illərdə növbəti dəfə deportasiyaya məruz qalıb.
Bu da soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyası deyildi. Belə ki, 1980-ci illərin sonlarında Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən bədham qonşularımız indiki Ermənistanda yaşayan soydaşlarımızı ata-baba yurdlarından didərgin saldılar. 1988–1991-ci illərdə Ermənistanda, 300-dən çox şəhər və kənddə yaşayan həmyerlilərimiz zorla, işgəncə ilə ata-baba ocaqlarından qovuldu. İndi o tarixi torpaqlarımızda bir nəfər belə azərbaycanlı qalmayıb. Dünyanın gözü qarşısında baş verən bu qanunsuz, amansız deportasiyaya beynəlxalq ictimaiyyət sadəcə seyr etdi...
Ötən ilin 24 dekabrında Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə yaxından tanış olması və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığından soraq verdi, Qərbi Azərbaycana qayıtmaq arzusunun reallaşması yönündə mühüm addım oldu.
Çünki Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Əsrlər boyu indiki Ermənistan ərazisində azərbaycanlılar yaşayıb. Bunu arxiv sənədləri, xəritələr də təsdiqləyir. Xəritələr sübut edir ki, Qərbi Azərbaycan Azərbaycan torpağıdır, şəhər və kənd adları da bizə məxsusdur. Qeyd edək ki, son illərdə təkcə Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvanda İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi və bir çox digər dini-tarixi abidələr məhv edilib. İrəvanda mövcud olan Hacı İmamverdi məscidi və Göy məscid isə Ermənistan tərəfindən farslaşdırılıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycanın başqa ərazilərində də tarixi əhəmiyyətli abidələrimizə qarşı bu cür vandalizm törədilib.
Ulu əcdadlarımızın ən qədim yaşayış məskənlərindən olan Qərbi Azərbaycan torpaqlarında özlərinə dövlət yaratmağa nail olan ermənilərin iddiaları bununla da bitməyib. Azərbaycandan yeni ərazilər qoparmaq üçün hər cür riyakarlığı, fitnəkarlığı özlərinə rəva görüblər, terrorlar, soyqırımı törətməkdən belə çəkinməyiblər. Bu məqsədlə tarixi abilərimizi kütləvi şəkildə məhv edib və ya saxtalaşdırıblar. Təcavüzkar ermənilər otuz ilə yaxın işğal altında saxladıqları Qarabağda və Şərqi Zəngəzurda da eyni siyasəti həyata keçiriblər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Dövlət başçısı diqqətə çatdırdı ki, vandalizmin eynisini onlar Qərbi Azərbaycanda da ediblər, sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Bu gün dövlətimizin, xalqımızın mühüm vəzifələrindən biri də Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntıların dünya ictimaiyyətinə çatdırılmasıdır. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcəyinə əminliyini vurğuladı.
Dövlət başçısı qeyd etdi ki, Qərbi Azərbaycan icması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparmalıdır. Həmçinin, icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Azərbaycan diaspor təşkilatları ilə birlikdə sərgilər, təqdimatlar, beynəlxalq konfranslar, aksiyalar keçirməlidir. Xarici ölkələrin siyasi dairələri, qanunvericilik orqanları və kütləvi informasiya vasitələri ilə təmaslar qurulmalıdır. Hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Bu işə beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Xalqımızın qayıdış istəyi, haqlı, qanuni tələbi və hüquqları beynəlxalq müstəvidə həllini tapmalıdır. Bir sözlə, Qərbi Azərbaycana qayıdış qarşıda duran əsas məqsədlərdən biridir. Dövlətimizin başçısının görüşdə dediyi kimi, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik, tarixi həqiqətləri beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırmalıyıq.
Prezident İlham Əliyev bir daha inamla və qətiyyətlə dünyaya bəyan etdi: “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.
Dövlət başçısının həmin görüşdəki tarixi nitqi Qərbi Azərbaycan torpaqlarına qayıtmaq yönündə əminlik yaradır. Buna görə də daha güclü, daha qətiyyətli, öz tarixi ərazilərinə sahib çıxmaq iqtidarında olan Azərbaycan dövləti və xalqı bu məqsədə çatmaq üçün çalışacaq. Dövlətin dəstəyi və xalqın birliyi nəticəsində bütün haqsızlıqların aradan qaldırılacağı, ədalətin zəfər çalacağına şübhə yoxdur.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
Siyasət
06 Avqust 14:05
Sosial
06 Avqust 14:02
Siyasət
06 Avqust 13:54
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Sosial
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
İqtisadiyyat
06 Avqust 13:31
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19

