Azərbaycan ilə Serbiya arasında siyasi dialoq hər zaman yüksək səviyyədə olub
27.12.2022 [22:31]
Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrini ümummilli mənafelərə əsaslanan xətlə inkişaf etdirməkdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub və bugün yüksələn xətlə inkişaf edir. Həmçinin Azərbaycan və Serbiya arasında münasibətlər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əsaslanır.
Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. 2011-ci il iyunun 8-9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Serbiyaya rəsmi səfər edib. Səfər çərçivəsində dövlətimizin başçısı Belqradın Taşmaydan parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinin, həmçinin Novi Sad şəhərində dahi bəstəkar Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirak edib.
Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.
Ölkələrimiz arasında müdafiə sənayesi sahəsi perspektiv əməkdaşlıq istiqamətləri içərisində xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetiriləcəyinə inanırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilmişdir. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır. Bu baxımdan onu da deməliyik ki, ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsi xalqlarımız arasında turizmi və işgüzar əlaqələri gücləndirəcəkdir.
21 dekabr 2022-ci il tarixdə Serbiya prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin dövlət başçılarının təkbətək görüşü keçirilib və mətbuata bəyanatla çıxış ediblər.Azərbaycan və Serbiya prezidentlərinin bəyanatlarına diqqət yetirsək, ümumiləşdirilmiş məntiqi fikir hər iki ölkə arasında bir çox sahələr üzrə sıx əməkdaşlığın qurulmasını və bunun nəticəsində ölkələrarası dinamikanın müsbət inkişafa doğru irəlilədiyini göstərir.
Prezident İlham Əliyev bildirdi ki, iki ölkə arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulub: “Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar”. Prezident İlham Əliyev qeyd edib ki, ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə sürətlə dərinləşir. Həm Serbiya, həm də Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət yürüdən və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir: “İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır”.
Serbiya - Azərbaycan arasında iqtisadi, ticarət, sənaye əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya, müdafiə sənayesi və digər sahələrdə əlaqələrin gücləndirilməsi hər iki dövlətin böyük potensiala malik olduğunu, uzaqgörən, qətiyyətli, müdrik lider tərəfindən idarə olunduğunu göstərir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının mütəmadi görüşləri təkan verir və strateji tərəfdaşlıq zəmnində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlir, ikitərəfli əməkdaşlığın qurulmasına yeni işıqlı yollar açır.Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan-Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

