/ / “Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda tədbir keçirilib
“Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda tədbir keçirilib
23.09.2022 [19:20]
Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş “Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları” mövzusunda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.
YAP Sumqayıt şəhər təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu müharibə ordumuzun, qəhrəman hərbçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirdi.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə isə bildirib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. A.Rəhimzadənin sözlərinə görə, bu müharibə xalqımızın öz Vətənini müdafiə etmək əzmində olduğunu göstərdi: “Qələbənin qazanılmasında əsas amillər sırasında ölkəmizin iqtisadi və hərbi gücü xüsusi vurğulanmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazanılan tarixi Zəfər məhz bu siyasətin məntiqi nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən oğullarımız böyük qəhrəmanlıq göstərdilər. Bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq”.
Çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər bölməsinin sədri, şəhid atası Sovet Şükürov Azərbaycan xalqının böyük xalq olduğunu və Vətən müharibəsində qazanılan şanlı qələbənin bu faktı bir daha təsdiqlədiyini deyib.
Şəhid Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova isə bildirib ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır: “Mən torpaqlarımızın işğaldan azad olunması yolundakı mübarizədə canını qurban vermiş şəhid həyat yoldaşımla fəxr edirəm”.
Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi, polkovnik-leytenant Zahir Həsənov keçdiyi döyüş yolundan danışıb, ordumuzun qəhrəmanlığından bəhs edib.
Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də Zəfər yolunun ilk addımı idi. Onun sözlərinə görə, vaxtilə ermənilər belə bir mif yaratmışdılar ki, erməni ordusuna qalib gəlmək olmaz. Ancaq Azərbaycan əsgəri öz igidliyi, cəsarəti, döyüş qabiliyyəti ilə bu mifi qısa zamanda dağıtdı. “Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı”, - deyə komitə sədri vurğulayıb.
Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində işğala son qoyuldu. Onun sözlərinə görə, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: “Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir”.
Çıxış edən Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin mühüm prioritetidir. Onun sözlərinə görə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və zərurət yarandıqda müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bu kateqoriyadan olan insanlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Bir sözlə, dövlətimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi qayğı ilbəil artmaqdadır”, - deyə deputat söyləyib.
Tədbirdə çıxış edən Əməkdar müəllim Ofelya Babayeva Azərbaycanda gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bildirib. Onun fikrincə, 44 günlük Vətən müharibəsində əsasən gənclərdən ibarət olan hərbçilərimizin qəhrəmanlığı və şücaəti bunu sübut edir.
Vətən müharibəsi qazisi, polkovnik-leytenat Ehtiram Məmmədov da çıxışında müharibədə hərbçilərimizin qəhrəmanlığından, onların Vətənə sevgisindən bəhs edib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

