Azərbaycan və Qazaxıstan dost, qardaş, müttəfiqdirlər
29.08.2022 [10:20]
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna işıq salır. Xarici siyasətində ədalətə və beynəlxalq hüquqa xüsusi önəm verən ölkəmiz 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoymaqla Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. Möhtəşəm Qələbəmiz Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha nümayiş etdirdi. Məhz dəmir yumruq kimi birliyimiz sayəsində ərazi bütövlüyümüzün təmin olunmasına necə nail olduqsa, bu inamla da işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri başlandı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara səfərlərinin hər biri tarixi hadisə kimi dəyərləndirilir. Hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır ki, bu da ölkəmizin malik olduğu imkanların göstəricisidir. 30 illik işğal dövründə Azərbaycan xalqı bu günü hər an səbirsizliklə gözlədi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi istiqamətində atılan addımlar, dost, qardaş ölkələrin Qarabağımıza təqdim olunan hədiyyələri hər bir azərbaycanlını qürurlandırır.
Vətən müharibəsinin başlandığı gündən dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayaraq sonadək ölkəmizə siyasi və mənəvi dəstəyini göstərən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağımıza ilk səfər edən dövlət başçısı oldu. Türkiyə şirkətləri hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər.
Azərbaycan türkdilli dövlətlərin dəstəyini daim yüksək dəyərləndirir. Ölkəmizin türk dünyasının birliyinə, həmrəyliyinə töhfələri davamlıdır. Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə imzalanan sənədlər, Qazaxıstanın Qarabağımıza hədiyyəsinin – Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi, ən əsası isə Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” Ali ordeni ilə təltif edilməsi ölkəmizin türk dünyasında, ümumilikdə beynəlxlq münasibətlər artan rolunun və möhkəmlənən mövqeyinin göstəricisidir. Prezident İlham Əliyevin Qazaxıstanın “Altın kıran” - “Qızıl qartal” Ali ordeni ilə təltif edilməsi, eyni zamanda, xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, dövlət başçımızın Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə, eyni zamanda, dövlət başçımızın türk dünyasında liderliyinə verilən ali dəyərdir. Qazaxıstan Prezidenti cənab İlham Əliyevə bu ali ordeni təqdim edərkən bildirmişdir: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.
Onu da qeyd edək ki, ötən ilin noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilmişdi. Ali ordeni təqdim edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir ki, əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev. Qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Qeyd etdiyimiz kimi, cənab İlham Əliyevə həm Türk Dünyasının Ali Ordeninin, həm də Qazaxıstanın ali ordeninin təqdim olunması Azərbaycanın türk dünyasının həmrəyliyinə xidmət edən addımlarının davamlı xarakter almasından irəli gəlir. Cənab İlham Əliyev hər zaman bu çağırışı edir ki, gücümüz birliyimizdədir. Digər türkdilli dövlətlər kimi, Qazaxıstan da ölkəmizlə bütün məsələlərdə eyni mövqeyi nümayiş etdirir. Ortaq tarixə və köklərə malik olan Azərbaycan-Qazaxıstan əlaqələri strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru inkişaf edir. Qazaxıstan Prezidentinin səfəri zamanı imzalanan sənədlərin hər biri münasibətlərin gələcək inkişafının təqdimatıdır. Azərbaycan və Qazaxıstan dost, qardaş, müttəfiqdirlər.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56

