YAP Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib
27.09.2019 [08:46]
Sentyabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədovun sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsi keçirilib.
Müşavirədə AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və partiya fəalları iştirak ediblər.
Müşavirəyə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd partiyanın yerli strukturlarının işinin daha da gücləndirilməsidir: “YAP 750 minə yaxın Azərbaycan vətəndaşını öz sıralarında birləşdirir. Bu, əhəmiyyətli siyasi ordu kimi də səciyyələndirilə bilər. Çünki partiyamızın üzvlərinin bu sayda olması, sadəcə, bir statistika deyil. Bu, böyük bir güc və böyük bir iradədir. Eyni zamanda, bu fakt Azərbaycan vətəndaşlarının YAP-a, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətinin və inamının ifadəsidir”.
Baş nazirin müavini bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyamızın bu seçkilərə hazırlığı məsələləri haqqında fikirlərini bildirib. O, Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğur qazanılacağına əminliyini ifadə edib.
Baş nazirin müavini Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib.
“Azərbaycan sürətlə inkişaf edir, ölkəmizin iqtisadi qüdrəti artır, güclənir və insanlarımızın rifahı yaxşılaşır. Bu gün Azərbaycan özünün tarixi inkişaf prosesini davam etdirməkdədir. Xüsusilə son illər ərzində Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar miqyas baxımından genişlənməkdədir və təbii olaraq bu islahatların gətirdiyi dividendlər birmənalı şəkildə cəmiyyət tərəfindən qeyd olunmaqdadır. Sahibkarlığın genişlənməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə böyüməsi üçün imkanlar yaradıb. Azərbaycanda həyata keçirilən siyasətin sosial xarakteri özünü daha aydın şəkildə göstərməkdədir. 2019-cu ildə minimum əməkhaqqının və minimum pensiyanın təxminən iki dəfəyə qədər artırılması, əhalinin müxtəlif kateqoriyalarının əməkhaqlarının yüksəldilməsi Azərbaycan hökumətinin, Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin mahiyyətini ifadə edir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın güclənməsi sayəsində əldə olunan imkanlar hesabına insanların rifahı daha da yaxşılaşdırılsın”, - deyən Əli Əhmədov qeyd edib ki, Azərbaycan dövləti gücləndikcə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində növbəti addımlar atılacaq.
Azərbaycanın beynəlxalq miqyasda da nüfuzunun davamlı olaraq artdığını deyən YAP Sədrinin müavini ölkəmizin dünyada və regionda baş verən proseslərdə fəal mövqe nümayiş etdirdiyini söyləyib. Bununla belə, Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu deyən YAP Sədrinin müavini həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını qeyd edib. Bu vasitələrdən biri də sosial şəbəkələrdir. Onun sözlərinə görə, xaricdə özünü “mühacir” adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışırlar. Belə hallara qarşı partiyamızın fəalları öz mübarizəsini daha da gücləndirməlidir.
Müşavirədə daha sonra bələdiyyə seçkilərinə hazırlıq və ictimai-siyasi məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

