Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
01.11.2018 [09:03]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib. Tədbirdə YAP Qaradağ rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov YAP-ın Azərbaycanın və regionun ən güclü və nüfuzlu siyasi təşkilatı olduğunu diqqədə çatdıraraq partiyamızın ötən 26 ildə çox böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə demokratiyanın inkişafında aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib. Vurğulayıb ki, YAP-ın amalı xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən ibarətdir. “Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir”, - deyə Aydın Hüseynov qeyd edib.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin müstəqil ölkəmizin inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında məsul vəzifələr qoyur.
Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədr müavini Munis Bayramov, rayon təşkilatı aparat rəhbəri Hacı İbrahimov, Qadınlar Şurasının sədri Hicran Xəlilova, Gənclər Birliyinin sədri Ramiz Yusubov, rayon təşkilatı Qaz Emalı zavodu ərazi ilk partiya təşkilatının sədri Nizami Quliyev, Sədərək Ticarət Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Sabir Ələkbərov və digərləri gündəlikdə duran məsələlərlə bağlı təklif və fikirlərini bildirib, rayon təşkilatının ötən müddətdə fəaliyyətini yüksək qiymətləndiriblər. İclasda həmçinin Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbulla əlaqədar ərazi ilk partiya təşkilatlarının qərarları təsdiq edilib, YAP-ın yaranmasının 26-cı ildönümü ilə əlaqədar ərazi ilk partiya təşkilatlarında keçiriləcək tədbirlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35

