/ / YAP Nəsimi rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş qanvermə aksiyası keçirib
YAP Nəsimi rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş qanvermə aksiyası keçirib
16.04.2016 [10:46]
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirib. Belə tədbirlərdən biri ötən gün B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda təşkil edilib.
Qanvermə aksiyasında rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələr, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı belə xeyirxah aksiyada iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib.
“Zərifə xanım Əliyeva oftalmologiya elminə böyük töhfələr vermişdir. Onun yüksək elmi nailiyyətləri SSRİ Tibb Elmləri Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. Zərifə xanım Əliyeva hələ sovet dövründə bugünkü dünyada Nobel mükafatına bərabər tutulan bir mükafata - M.Averbax adına mükafata layiq görülmüşdür. Bundan əlavə, akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqu” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur”, - deyə rayon təşkilatının sədri vurğulayıb.
Onun sözlərinə görə, aksiyada iki yüzdən artıq partiya fəalı iştirak edib. Millət vəkili bildirib ki, hər il keçirilən bu cür tədbirlər ənənəyə çevrilib və akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramın ifadəsidir.
“Həqiqətən də, insanlıq tarixində qanvermə aksiyasından gözəl missiya yoxdur. Şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqımız öz milli dəyərlərinə qovuşdu. Bu gün ölkəmizdə insanlarımız heç bir təmənna güdmədən, könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak edirlər. Onlar dərk edirlər ki, belə aksiyalarda vermiş olduqları qanla hansısa xəstəni - vətəndaşımızı həyata qaytarmış olurlar.
İnsanın həyatı üçün vacib element olan qan elə bir şeydir ki, onu haradasa istehsal etmirlər ki, gedib ala biləsən. Qanı yalnız insan orqanizmi istehsal edir. Və sən də öz qanını verməklə digər soydaşımızın həyatını xilas etmiş olursan. Ulu öndərimizin belə bir müdrik kəlamı var idi ki, hər bir sağlam insan cəmiyyətimizdəki xəstə insanlara yardım etməyə borcludur. Odur ki, əgər canımız sağlamdırsa, niyə də digər soydaşımızın həyatını xilas etməyə yardım etməyək?” - deyə YAP Nəsimi rayon təşkilatının sədri bildirib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09

