YAP Abşeron rayon təşkilatında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
18.01.2014 [08:42]
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatı Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirin əvvəlində iştirakçılar Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırladaraq milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi həkk olunduğunu diqqətə çatdırıb. O, 1990-cı il 20 Yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri və öz qəddarlığı ilə seçilən təcavüzdən bəhs edərək, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb.
B.Vəliyev faciə zamanı 137 nəfər günahsız insanın qətlə yetirildiyini və 700-dən artıq soydaşımızın müxtəlif dərəcəli bədən xəsarətləri aldığını qeyd edib.
O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulayıb, həmin hadisələrə məhz Ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Sonra tədbir iştirakçıları xalqımızın yaddaşında Qara Yanvar gecəsi kimi qalan bu tarixin həm şəhidlərimizin anım günü, həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin təcəssümü olduğunu diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05

