YAP Gəncə şəhər təşkilatında gənclərlə görüş keçirilib Qarşılıqlı fikir mübadilələri aparılıb
30.04.2026 [16:39]
YAP Gəncə şəhər təşkilatında mütəmadi gənclərlə görüş artıq ənənə halını alıb.
Gənclərlə keçirilən görüşdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək ölkəmizin inkişafında gənclərin rolundan ətraflı söhbət açıb, Qalib Liderimiz, Prezident cənab İlham Əliyevin gəncliyə dövlət qayğısının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Dahi rəhbər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamının, ümidinin tarixin yeni mərhələlərində özünü tam doğrultduğunu qeyd edən Bayram Aslanov ölkə Prezidenti İlham Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi ilə vurğulayıb.
Bayram Aslanov çıxışında onu da diqqətə çatdırıb ki, şərəfli tarixə malik Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini, etimadını və inamını qazanmasıdır. Bunun da əsas səbəbi partiyanın sözlə əməl birliyinə sadiq qalmasıdır. Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin hər bir uğurunda öz payına malikdir.
Müasir dövrümüzdə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdiyini bildirən Bayram Aslanov qeyd edib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə bütün dünyaya sübut etdi ki, bu nəsil ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edərlər. Ali Baş Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi.
Bu gün Gəncə şəhərində təşəbbüskar, bacarıqlı, çox işgüzar, yüksək təşkilatçılıq və idarəetmə qabiliyyətinə malik olan istedadlı gənclik yetişdiyini qeyd edən Bayram Aslanov onu da qeyd edib ki, gənclər ölkəmizin tərəqqisində, müstəqilliyimizin möhkəmləndirilməsində fəal olmalıdırlar. Gənclərin yüksək dünyagörüşünə yiyələnməsi üçün səmərəli təhsil alması çox vacibdir. Biliyə, təhsilə, elmə əsaslanan innovativ bacarıqlar əsas həyat şərtinə çevrilir. Artıq gənclərimizin əsas məsuliyyəti savadlı vətəndaş olaraq ölkəmizin dayanıqlı inkişafına töhfə verməkdir.
Sonra gənclərlə qarşılıqlı fikir mübadilələri aparılıb.
Görüş gəncləri maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10

