Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin əbədiliyini təmin edib
13.12.2013 [09:36]
YAP Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi partiyanın Xətai rayon təşkilatının qərargahında Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərindən danışıb. S.Orucov Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı İsa Həbibbəyli Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məruzə edib. İ.Həbibbəyli bildirib ki, Ulu öndərin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda bir daha hiss edirik ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, həmçinin, dünyanın nəhəng siyasətçilərindən biri olub: “Əlbəttə ki, Ulu öndər Heydər Əliyevin xidmətləri haqqında böyük əsərlər bundan sonra da yazılacaq. Amma fikrimcə, Ulu öndərimizin xalqımız üçün ən böyük xidmətlərindən biri hələ Sovet dövründə hakimiyyətdə olduğu zaman milli dövlətçilik təfəkkürünü yaratmasından və müstəqilliyə doğru ideologiyanın əsaslarını formalaşdırmasından ibarətdir. Heydər Əliyev, eyni zamanda, müstəqil Azərbaycanın təməlini qoydu, Azərbaycanı təhlükələrdən xilas etdi və müstəqilliyimizin əbədiliyini təmin etdi. Ulu öndər müstəqilliyimizi elə möhkəm təməllər üzərində qurub ki, onu sarsıtmaq mümkün deyil”.
Akademik vurğulayıb ki, bütün dünya Heydər Əliyevi böyük siyasətçi kimi qəbul edir: “Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin deyir ki, onun siyasət müəllimi məhz Heydər Əliyev olub. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl də bildirib ki, Heydər Əliyevin bütün Türk dünyasında böyük xidmətləri olub. ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə deyib ki, Heydər Əliyev nəinki Azərbaycanı, hətta bütün dünyanı idarə edə biləcək bir şəxsiyyətdir”.
İ.Həbibbəyli Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin rəmzi olduğunu vurğulayıb. Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən natiqin sözlərinə görə, müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. “Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafına Özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub”, - deyən İ.Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb: “Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir. Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsi də azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan dili kimi Azərbaycan xalqı anlayışının da ölkəmizdə bərqərar olması müstəqil dövlətin daxili sabitliyinin təmin edilməsinə, tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin Azərbaycan xalqı anlayışı azərbaycançılıq prinsiplərinin ölkəmizdəki bütün etnik qruplar tərəfindən vahid prinsip kimi qəbul edilməsinə imkan yaradan müdrik bir dövlətçilik təlimidir”.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyi ofisinin koordinatoru Rahu Qurbanova bildirib ki, Ümummilli liderimiz ən böyük azərbaycanlıdır: “Mən xoşbəxt insanam ki, Ulu öndərimizlə eyni dövrdə yaşamışam və o xoşbəxtlik nəsib olub ki, Heydər Əliyevin 1996-cı il uşaqlarla bayram görüşü zamanı mən də o görüşdə iştirak etmişəm. Mən bir gənc olaraq fəxrlə deyə bilərəm ki, Ulu öndərimiz qarşısında hələ uşaq ikən “Azərbaycan” şeirini söyləmişəm və özümə böyük alqış qazanmışam. Həmin vaxt sarayda səslənən alqış sədaları arasında Onun alqışı başqa bir səs idi”.
R.Qurbanova qeyd edib ki, Heydər Əliyev siyasi kursu müasir Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb edən zəngin məktəbdir. Onun sözlərinə görə, bütün bunların nəticəsi kimi son günlərdə dövlət idarəetməsində və müxtəlif sahələrdə gənclərimizin önə çəkilməsi bunun bariz göstəricisidir: “Bu gün ölkəmizin, eləcə də Ulu öndərə daim sevgisi və sədaqəti ilə biz gənclər Onun müqəddəs ideyalarından bəhrələnirik. Elm, təhsil, mədəniyyət və idman sahəsində qazandığımız nailiyyətlərlə Ulu öndərin əziz xatirəsini uca tuturuq. Nə qədər illər keçsə də, nə qədər ki Azərbaycan olacaq, o qədər də Heydər Əliyev olacaq!”.
Tədbirdə digər gənc - Bəxtiyar Budaqlı çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısından bəhs edib. Qeyd edib ki, bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

