Regionda beynəlxalq hüququn prinsiplərinin qorunması
08.04.2026 [11:10]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan ilə Gürcüstan arasında əlaqələr əsrlər boyu formalaşmış dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Əsrlər boyu Gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər hazırda regionun ən sabit və etibarlı tərəfdaşlıq modellərindən biri kimi çıxış edir. Həmin münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar prinsipinə əsaslanır. Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki dövlət arasında mövcud olan strateji tərəfdaşlığın dərin mahiyyətini və inkişaf dinamikasını bir daha nümayiş etdirir. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində daim qarşılıqlı dəstək nümayiş etdirir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsiplər tərəflərin ortaq mövqeyini təşkil edir. Bu yanaşma yalnız ikitərəfli münasibətləri möhkəmləndirmir, eyni zamanda regionda beynəlxalq hüququn prinsiplərinin qorunmasına xidmət edir. Prezident cənab İlham Əliyev mətbuata verdiyi bəyanat zamanı bildirdi ki, “Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər. Təbii ki, biz hər dəfə görüşəndə bir çox məsələləri müzakirə edirik, o cümlədən regional vəziyyət, regional təhlükəsizlik məsələlərini. Bu gün də istisna deyil. Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir." İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinə dəstək verir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi mesajlar bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər gələcək inkişaf perspektivlərinə hesablanıb. Bu tərəfdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

