/ / YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib
YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilib
31.03.2026 [14:04]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 31 mart 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, soyqırım qurbanlarının həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhəmməd Şahbazov, Ağcabədi rayon Taxtakörpü qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şaiq Məmmədov və digər çıxış edənlər tarixi faktlara əsaslanaraq bildirmişlər ki, “Böyük Ermənistan” ideyasını reallaşdırmaq niyyəti ilə ermənilər tərəfindən hələ 1905–1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı və sistemli zorakılıq aktları törədilmişdir. Xüsusilə 1918-ci ilin mart hadisələri zamanı Bakı Kommunasının həyata keçirdiyi siyasət nəticəsində Bakı quberniyasında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar baş vermiş, bu cinayətlər xalqımızın tarixi yaddaşında silinməz iz qoymuşdur.
Qeyd olunmuşdur ki, soyqırımı aktları Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bununla yanaşı, azərbaycanlıların tarixi torpaqlarından deportasiyası siyasəti sonrakı dövrlərdə də davam etdirilmiş, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı əsasında 1948–1953-cü illərdə yüz minlərlə azərbaycanlı zorla öz doğma yurdlarından köçürülmüşdür.
Çıxışlarda vurğulanmışdır ki, 1988-ci ildən başlayan qondarma Dağlıq Qarabağ münaqişəsi nəticəsində də yüz minlərlə azərbaycanlı doğma torpaqlarından didərgin salınmış, 1992-ci ilin fevral ayında baş vermiş Xocalı faciəsi isə tarixə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi daxil olmuşdur.
Diqqətə çatdırılmışdır ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması bu faciələrə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Eyni zamanda qeyd edilmişdir ki, 44 günlük Vətən müharibəsi yalnız hərbi uğur deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və beynəlxalq hüququn bərpasının təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan bu Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnmiş, Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Tədbirin sonunda bir daha vurğulanmışdır ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasəti heç zaman unudulmayacaq, bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcəkdir.
Xəbər lenti
Hamısına baxSosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22

