Şəkidə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib
23.11.2013 [12:28]
Şəkidə Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri qoyub, Onun əziz xatirəsini yad ediblər.
Sonra mərkəzdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçirilib. Mərkəzin foyesində davam etdirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının sədri Həsən Həsənov partiyanın yaranma tarixi barədə danışıb: “Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılmışdır. Məhz bu çətin dövrdə partiya dövlətin və xalqın taleyi üçün məsuliyyəti öz üzərinə götürmüşdü”.
Çıxışında, eyni zamanda, Azərbaycanda əldə edilən nailiyyətlərdən, sürətli inkişaf yolundan, habelə Şəkinin dinamik şəkildə dəyişən və gözəlləşən simasından söhbət açan Həsən Həsənov şəhər təşkilatının fəaliyyətindən də danışıb.
Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatı Qadınlar Şurasının sədri Zərinə Cavadova, sədrin müavini Vüqar İskəndərov və İdarə Heyətinin üzvü Firqət Məmmədov çıxış ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasını dövlətçiliyimizin dayağı, onun inkişafı istiqamətində mühüm addımlar atan siyasi qüvvə kimi qiymətləndirərək, partiyanın Azərbaycanın ictimai-siyasi həyatında alternativsiz qurum olduğunu diqqətə çatdırıblar.
Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
NADİR
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

