Davosdan sülh, əməkdaşlıq, qarşılıqlı hörmətlə bağlı mesajlar
22.01.2026 [17:14]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Hər il olduğu kimi bu il də Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumda (World Economic Forum) yüksək səviyyədə təmsil olundu. Mötəbər tədbirdə Prezident İlham Əliyevin dünyanın ən tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşləri ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əlaqələrin yeni səhifəsini yazdı. Bu görüşlər eyni zamanda ölkəmizin beynəlxalq sistemdə artan rolunun, regional və qlobal proseslərə təsir imkanlarının nümayişi oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun çərçivəsində “Euronews” televiziyasına verdiyi geniş müsahibə isə beynəlxalq münasibətlərdən tutmuş regional təhlükəsizlik, enerji siyasəti və Avropa ilə münasibətlərə qədər bir sıra əsas məsələlərə, bir daha Azərbaycanın keçdiyi inkişaf yoluna, dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olduğu uğurlara yeni baxış oldu. Dünyanın nüfuzlu televiziya kanalı vasitəsi ilə Azərbaycan reallıqları bir daha beynəlxalq ictimaiyyətə təqdimatı oldu.
Prezident cənab İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə dövlətimizin başçısına ünvanlanan suallar regional təhlükəsizlik, enerji siyasəti, Cənubi Qafqazda sülh perspektivləri bir daha onu göstərdi ki, sülhsevər və suveren Azərbaycan hər zaman ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə maraqlıdır. Prezident cənab İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.
Bizim üçün regionda sabitlik və təhlükəsizlik ən böyük sərvətdir deyən dövlət başçımız qeyd edib ki, biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda enerji resurslarının əsas ixracatçısı olduğunu və digər qonşu ölkələrin enerji istehlakında Azərbaycanın rolunun artdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan artıq təbii qazını 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı ölkəsinə çatdırır: “Bizim enerji şəbəkəmiz və müasir boru kəmərlərimiz Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə kömək edir.”
Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir. Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumunda Azərbaycan xalqının Liderinin yüksək səviyyədə iştirakı bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Eyni zamanda, bu səfər Azərbaycanın enerji bazarında artan iştirakını və strateji əhəmiyyətini nümayiş etdirdi.
Qürurverici haldır ki, dünyada baş verən qlobal proseslər barədə izləyicilərinə dəqiq və düzgün analitik məlumatlar çatdıran "Euronews" televiziyası müxtəlif qitələrdən gələn dövlət başçıları arasında Prezident İlham Əliyevdən müsahibə aldı, qalib ölkəmizin qalib Liderimizin sülh, əməkdaşlıq, qarşılıqlı hörmətlə bağlı mesajlarını bir daha beynəlxalq ictimaiyyətə çatdırdı.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

