Sağlam gənc nəsil ölkənin gələcək inkişafının əsas təminatıdır
05.01.2026 [16:14]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
2025-ci il Azərbaycan idmanı üçün xüsusi əhəmiyyət kəsb edən, mühüm nailiyyətlərlə yadda qalan bir il olmuşdur. Bu il ərzində ölkəmizin idmançıları beynəlxalq və regional yarışlarda rekord göstəricilərə imza ataraq Azərbaycan idman tarixində yeni səhifə açmışlar. Qazanılan medalların sayı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmış, bu göstərici həm idmançılarımızın peşəkarlığını, həm də ölkədə idmana göstərilən sistemli dövlət qayğısının nəticəsini bir daha sübut etmişdir. Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda yüksək yerlər tutaraq ölkəmizin bayrağını ucalara qaldırmış, dövlətimizi layiqincə təmsil etmişlər.
Azərbaycanda idmanın inkişafı təsadüfi proses deyil, bu sahə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uzun illərdir ki, dövlət xətti ilə idmanın inkişafına yönəlmiş çoxsaylı proqramlar uğurla icra olunur. Bu proqramlar çərçivəsində ölkənin bütün bölgələrində müasir idman infrastrukturu yaradılmış, Olimpiya İdman Kompleksləri inşa edilmiş, idman məktəbləri və zallar fəaliyyətə başlamışdır. Bu tədbirlər idmana kütləvi marağın artmasına, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına və peşəkar idmançıların yetişməsinə geniş imkanlar açmışdır.
26 dekabr 2025-ci il tarixində Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə geniş və məzmunlu çıxışı da bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olmuşdur. Cənab Prezident öz çıxışında Azərbaycan idmançılarının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmiş, dövlət tərəfindən idmana göstərilən davamlı dəstəyin gələcəkdə də artırılacağını vurğulamışdır. Prezident İlham Əliyev bildirmişdir ki, idman yalnız fiziki hazırlıq deyil, eyni zamanda milli ruhun, vətənpərvərliyin və ölkəyə bağlılığın formalaşmasında mühüm rol oynayır.
Sağlam gənc nəslin formalaşdırılması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyır. Sağlam gənclik ölkənin gələcək inkişafının əsas təminatıdır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan güclü olan gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilir, ölkənin sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Bu baxımdan idman təkcə yarış və medal anlayışı deyil, həm də gənclərin həyat tərzinin ayrılmaz hissəsidir.
2025-ci ildə ölkəmizdə keçirilmiş əsas idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Bu mötəbər beynəlxalq yarış Azərbaycanın idman tarixində xüsusi yer tutmuşdur. MDB Oyunlarının Bakı ilə yanaşı Xankəndi, Gəncə və Yevlax şəhərlərində keçirilməsi ölkəmizin bütün bölgələrinin idman həyatına cəlb olunduğunu və regionlarda yaradılan müasir idman infrastrukturunun yüksək səviyyəsini nümayiş etdirmişdir. Xüsusilə Xankəndi şəhərində beynəlxalq idman yarışlarının təşkili tarixi əhəmiyyət daşıyaraq, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və bərpa olunan bölgələrdə normal həyatın rəmzinə çevrilmişdir.
MDB Oyunları çərçivəsində müxtəlif ölkələrdən minlərlə idmançı və qonaq Azərbaycana gəlmiş, ölkəmizin mədəniyyəti, qonaqpərvərliyi və inkişaf etmiş infrastrukturu ilə yaxından tanış olmuşdur. Yarışların yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi Azərbaycanın böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək bacarığını bir daha təsdiqləmişdir.
Azərbaycan idman tarixində daha bir mühüm hadisə ölkəmizdə ilk dəfə UFC üzrə beynəlxalq turnirin keçirilməsi olmuşdur. Bu nüfuzlu turnirin təşkili Azərbaycanın döyüş idmanları sahəsində də beynəlxalq arenada mövqeyini möhkəmləndirmiş, gənclər arasında idmana marağı daha da artırmışdır.
İdmanın ölkə iqtisadiyyatına və turizm sektoruna müsbət təsiri də aydın şəkildə müşahidə olunur. Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayının 20 faiz artması beynəlxalq idman tədbirlərinin iqtisadi və sosial əhəmiyyətini açıq şəkildə sübut edir.
2025-ci ilin ən mühüm hadisələrindən biri də Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi olmuşdur. Bu status Azərbaycanın idman sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bakı bu ada layiq görülməklə bir daha sübut etmişdir ki, Azərbaycan idman sahəsində dünyanın aparıcı ölkələri sırasında yer alır və bu mövqeyini gələcək illərdə də qorumağa qadirdir.
Xəbər lenti
Hamısına baxDünya
07 Yanvar 08:03
Siyasət
07 Yanvar 08:01
Dünya
06 Yanvar 23:28
Sosial
06 Yanvar 23:14
Dünya
06 Yanvar 22:49
Dünya
06 Yanvar 22:32
İqtisadiyyat
06 Yanvar 22:16
Dünya
06 Yanvar 21:57
Siyasət
06 Yanvar 21:41
Siyasət
06 Yanvar 21:37
Dünya
06 Yanvar 21:35
Dünya
06 Yanvar 21:20
Dünya
06 Yanvar 20:45
Dünya
06 Yanvar 20:31
Dünya
06 Yanvar 20:19
Hadisə
06 Yanvar 19:51
Dünya
06 Yanvar 19:30
Sosial
06 Yanvar 19:17
Sosial
06 Yanvar 18:42
Dünya
06 Yanvar 18:01
YAP xəbərləri
06 Yanvar 18:00
Siyasət
06 Yanvar 16:53
YAP xəbərləri
06 Yanvar 16:37
Hadisə
06 Yanvar 16:34
Elanlar
06 Yanvar 16:32
Siyasət
06 Yanvar 15:35
Dünya
06 Yanvar 14:46
Sosial
06 Yanvar 14:22
Sosial
06 Yanvar 14:12
Siyasət
06 Yanvar 14:06
Siyasət
06 Yanvar 14:05
Hadisə
06 Yanvar 14:02
Siyasət
06 Yanvar 13:29
Sosial
06 Yanvar 12:17
Hadisə
06 Yanvar 12:16
İqtisadiyyat
06 Yanvar 12:15
İqtisadiyyat
06 Yanvar 12:14
Gündəm
06 Yanvar 11:40
Xəbər lenti
06 Yanvar 11:30
Dünya
06 Yanvar 11:28
Dünya
06 Yanvar 11:24
Gündəm
06 Yanvar 11:19
Siyasət
06 Yanvar 10:58
Dünya
06 Yanvar 10:52
MEDİA
06 Yanvar 10:36
İqtisadiyyat
06 Yanvar 10:14
Analitik
06 Yanvar 09:57
Analitik
06 Yanvar 09:30
Analitik
06 Yanvar 09:11
Analitik
06 Yanvar 08:53
Ədəbiyyat
06 Yanvar 08:27
Gündəm
06 Yanvar 00:09
Xəbər lenti
05 Yanvar 23:36
İqtisadiyyat
05 Yanvar 23:19
Siyasət
05 Yanvar 22:52
Dünya
05 Yanvar 22:51
Siyasət
05 Yanvar 22:40
Dünya
05 Yanvar 22:18
Siyasət
05 Yanvar 21:59
Dünya
05 Yanvar 21:46
Sosial
05 Yanvar 21:17
Yeni texnologiyalar
05 Yanvar 20:53
Dünya
05 Yanvar 20:25
İdman
05 Yanvar 19:48
Sosial
05 Yanvar 19:13
Sosial
05 Yanvar 18:31
YAP xəbərləri
05 Yanvar 18:24
Sosial
05 Yanvar 18:09
YAP xəbərləri
05 Yanvar 17:33
Sosial
05 Yanvar 16:27

