“Xarüqələr yaradan qətiyyətli Lider”
19.11.2025 [16:59]
Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyətlə həyata keçirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edən güclü Lider kimi adını tarixə qızıl hərflərlə yazdırıb. Vurğulayıb ki, Prezident İlham Əliyev Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Təqdimatı keçirilən kitabda da məhz bu məqamlardan geniş bəhs olunur.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə hazırda Azərbaycanın inkişafının ən möhtəşəm dövrünü yaşadığını deyib: “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Vətən müharibəsində 30 illik işğala son qoyulması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin ifadəsidir”.
YAP Veteranlar Şurasının sədri bildirib ki, Prezident İlham Əliyevin liderliyinin fəlsəfəsi tarixi anı düzgün qiymətləndirmək və ən çətin vəziyyətlərdə belə doğru qərar vermək bacarığına əsaslanır. Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsi bu müdrik siyasətin nəticəsidir. Zərifə Quliyevanın müəllifi olduğu kitabda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Zəfər yoluna geniş nəzər salıb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əliqismət Bədəlov isə çıxışında diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan müharibənin nəticəsi olaraq əldə olunan şanlı Zəfər, yaranan yeni reallıqlar “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabda oxucuların diqqətinə faktlarla çatdırılır. Kitabda Prezident İlham Əliyev ölkəmizin inkişaf yolunu müəyyən edən, dövlətçilik dayaqlarını möhkəmləndirən qurucu və islahatçı Lider olaraq təqdim olunur.
Tədbirdə, həmçinin AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı Sayman Aruz, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, YAP Veteranlar Şurasının üzvü, professor Adilə Abasova, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, Biologiya elmlər doktoru, dosent Tubuxanım Qasımzadə “Xarüqələr yaradan qətiyyətli Lider” adlı kitabın əhəmiyyətindən bəhs edərək bildiriblər ki, Azərbaycanın həm hərb meydanında, həm diplomatiya, həm də informasiya cəbhəsində qalib gəlməsi Prezident İlham Əliyevin uzaqgörənliyinin, müdrikliyinin və qətiyyətli liderliyinin nəticəsidir.
Qeyd ediblər ki, kitabda Azərbaycanı Zəfərə aparan yol həm siyasi, həm də fəlsəfi baxımdan şərh edilir. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Əldə olunun nailiyyətlərin zirvəsində isə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi və suverenliyimizi təmin edən bir günlük antiterror tədbirləri dayanır. Həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq, bütün sahələrdə sürətli inkişafa nail olunub, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.
YAP Veteranlar Şurasının üzvü, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlardan geniş bəhs edərək vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə əldə olunan nailiyyətlər bizi gələcəyə daha nikbin baxmağa sövq edir. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri bu reallığı bir daha təsdiqləyir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28

