Qayıdışın, Zəfərin və Yenidənqurmanın Rəmzi -Ağdam Şəhəri Günü
19.11.2025 [14:42]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkəmizin tarixinə qızıl hərflərlə yazıln 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məğlub etdi. Xalqımızın Liderinin mükəmməl hərbi taktikası, uzaqgörən siyasəti sayəsində düşmənin mina tarlasına çevirdiyi torpaqlar, o cümlədən Ağdam azadlığına qovuşdu. Tez bi zamanda erməni faşizminin xarabalığa çevirdiyi Ağdamda böyük quruculuq-bərpa işləri vüsət aldı.
2021-ci il – Müstəqillik Günündə Ağdamın bərpasının başlanğıcı qoyulandan gündən ağdamlıların öz yurd-yuvalarına qayıtması üçün böyük layihələr həyata keçirilməyə başladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi. Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqləndi.
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın qədim tarixini, zəngin irsini və xalqımızın sarsılmaz ruhunu özündə yaşadan Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır. 30 illik işğal dövründə öz yurdlarına dönmək həsrəti ilə yaşayan soydaşlarımız möhtəşəm quruculuq işlərinin həyata keçirildiyi Ağdamın gülüstana çevrildiyinin şahidi olurlar. Çəkilən yollar, salınan yaşayış massivləri, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, parklar dədə-baba yurdundan didərgin düşən yüz minlərlə soydaşımızın doğma oçaq həsrətinə məlhəm olur.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən xalqımız hər il noyabrın 20-də Ağdam Şəhəri Gününü ruh yüksəkliyi ilə qeyd edir. Qəhrəman şəhidlərin müqəddəs qanı və Azərbaycan Silahlı Qüvvələrinin fədakarlığı hesabına qazanılan qələbədən sonra Qalib Liderin sərəncamları ilə qeyd etdiyimiz “Şəhər Günləri” eyni zamanda xalqımızın qürurunun, haqq-ədalət savaşından qalib kimi çıxmasının təsdiqidir. Ağdam Şəhəri Günü bu müqəddəs torpağın azadlığı, dirçəlişi və gələcəyə böyük inamının təntənəli şəkildə qeyd olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ağdam Şəhəri Günü həm də gələcəyə ünvanlanan ümidin, birliyi və yenidənqurmanın təntənəsidir. Dövlətimizin apardığı sistemli işlər nəticəsində Ağdam müasirlik, həyat keyfiyyəti və dayanıqlı inkişaf nümunəsi kimi yenidən qurulur, inkişaf edir.
İşğal illərində şəhər dağıdılan, tarixi irsi məhv edilən, lakin xalqımızın iradəsi və dövlətimizin gücü sayəsində yenidən dirçəlməyə başlayan Ağdam əsrlər boyu Qarabağın mühüm mərkəzlərindən biri olub. Şəhər təkcə iqtisadi və sosial baxımdan deyil, həm də musiqi, memarlıq və xalq yaradıcılığı sahələrində unikal irsə sahibdir. Ağdam Qarabağ xanlığının formalaşmasında mühüm rol oynayıb, XX əsrdə sürətlə inkişaf edərək regionun ən iri şəhərlərindən biri olub.
Bəli, bu gün düşmənin “ruhlar şəhəri”, “Qafqazın Xirosiması”na çevirdiyi Ağdam sürətlə dirçəlir, modern şəhərə çevrilir. Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev mənasını daşıyan Ağdam bu gün azğın düşmənin xarabalığa çevirdiyi ərazilərdə yenidən qurulur.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28

