Mingəçevir şəhərində seçici fəallığı yüksək olub
10.10.2013 [17:49]
Seçicilər səsvermənin keçirilməsi üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər
9 oktyabr prezident seçkiləri Mingəçevir şəhərində də demokratik və şəffaf şəkildə keçirilib. Şəhərdə seçici fəallığı kifayət qədər yüksək olub.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubovun verdiyi məlumata görə, mingəçevirli seçicilər 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir seçki dairəsi üzrə səs veriblər: “47 saylı dairə üzrə 30 seçki məntəqəsində 37 min 29 seçici qeydiyyatdadır. Bu dairə üzrə saat 17:00-a olan məlumata görə 23 min seçici səsvermədə iştirak edib ki, bu da kifayət qədər yüksək göstəricidir. Seçici fəallığı onu deməyə əsas verir ki, səsvermənin sonuna qədər bu göstərici daha da artacaq. Eyni fəallığı 49 saylı seçki dairəsi üzrə də söyləmək olar. Bu dairənin Mingəçevir şəhəri üzrə 12 seçki məntəqəsi və 12 min 48 seçicisi var”.
C.Yusubov deyib ki, hər məntəqə üzrə YAP-ın müşahidəçiləri var və onlardan mütəmadi olaraq məlumatlar alınır. Bu məlumatlarda isə seçici fəallığının yüksək olduğu, hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib.
Seçici fəallığı 47 saylı dairənin 5 saylı seçki məntəqəsində də müşahidə olunub. Bu məntəqədə səsvermə prosesinin normal şəkildə getməsi üçün bütün şərait yaradılıb. Seçicilər öz mövqelərini sərbəst şəkildə ifadə ediblər.
Seçici Tahir Tahirov səsvermə prosesinin təşkilindən razılığını bildirib. O, prezident seçkilərinin milli maraqlarımıza xidmət etdiyini deyib: “Təbii ki, prezident seçkilərində iştirak hər bir vətəndaş üçün vacibdir. Mən bu seçkilərdə YAP-ın namizədi cənab İlham Əliyevə səs verdim. Çünki Prezidentimiz son 10 il ərzində fəaliyyəti ilə xalqımızın etimadını doğruldub”.
Digər seçici Vaqif Məhərrəmov da Yeni Azərbaycan Partiyasının namizədinə səs verdiyini bildirib: “Mənim seçimim cənab İlham Əliyevdir”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

