Zəfər yolunun davamı - yenidənqurma və qayıdış mərhələsi
26.10.2025 [10:34]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Oktyabrın 25-i tariximizin qızıl hərflərlə yazılmış səhifələrindən biridir, həmin gün şanlı ordumuz müasir hərb tariximizdə xüsusi yeri olan Qubadlı əməliyyatında uğur qazanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini və onun kəndlərini işğaldan azad edərək, müharibənin gedişatında strateji üstünlüyünü davam etdirib. Bu əlamətdar hadisə 27 illik həsrətin bitməsi, milli qürurun bərpası idi. Qubadlıya qayıdış xalqın əzmini, birlik və döyüş ruhunu təcəssüm etdirir.
Qubadlı rayonunun yerləşdiyi coğrafi mövqe onun hərbi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətini müəyyənləşdirir. Qarabağ yaylasının cənub-şərqində, mühüm nəqliyyat və təbii resurs marşrutlarının qovşağında yerləşən Qubadlı Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Rayonun ərazisindən axan Bərgüşad və Həkəri çayları bölgənin kənd təsərrüfatı və enerji potensialına görə mühüm rol oynayır. Meşə ehtiyatları, təbii daş və əqiq yataqları isə gələcək sənaye inkişafı üçün əsas resurs bazası yaradır.
1993-cü il avqustun 31-də Qubadlının işğalı ilə minlərlə ailə doğma yurd-yuvasından didərgin düşdü. 94 yaşayış məntəqəsi, yüzlərlə sosial obyekt və mədəni irs nümunəsi dağıdıldı. İşğal illərində Qubadlı ərazisində qanunsuz məskunlaşma siyasəti həyata keçirildi, kəndlərin təbii quruluşu və tarixilik siması dəyişdirildi. Bu vandallıq bütün xalqın yaddaşına dərin yara vurdu.
2020-ci ilin Vətən müharibəsinin gedişatında Qubadlı uğrunda aparılan əməliyyatlar xüsusi taktiki və strateji əhəmiyyətə malik idi. Düşmənin qurduğu istehkamlar yüksək peşəkarlıq və fədakarlıqla yarıldı. Azərbaycan Ordusu əvvəlcə Qubadlının ətraf yüksəkliklərini, daha sonra şəhəri azad etdi. Bu şanlı Qələbə Zəngilan və Laçın istiqamətlərində əməliyyatların uğurlu davamı üçün real zəmin yaratdı. Qubadlının azad edilməsi həm də 44 günlük müharibənin son mərhələsinə gedən yolda ordumuzun döyüş potensialını və qətiyyətini nümayiş etdirdi.
Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Postmüharibə dövründə Qubadlı rayonunda böyük bərpa və yenidənqurma mərhələsi başlandı. Hər bir layihə planlı şəkildə reallaşdırılır və sosial-iqtisadi dirçəlişin əsasını qoyur. Yeni infrastruktur, müasir yaşayış massivləri, kənd yolları və sosial obyektlər Qubadlının gələcəyini formalaşdırır. 2025-ci il sentyabrın 9-da təsdiq edilmiş “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” bu baxımdan strateji sənəddir. Mahruzlu və Zilanlı kəndlərinin bərpası, evlərin, məktəblərin və sosial infrastrukturun tikintisi insanların doğma torpağa qayıdışını təmin edəcək. Bu amillər mədəni, sosial və mənəvi dirçəlişin göstəricisidir.
Prezident İlham Əliyevin tapşırığı ilə reallaşan Qubadlı–Eyvazlı və yeni Qubadlı–Laçın avtomobil yolları bölgənin sosial-iqtisadi həyatına mühüm dinamika gətirəcək. Bu yollar təkcə nəqliyyat layihəsi deyil, həm də Şərqi Zəngəzurun iqtisadi inteqrasiyasını təmin edən infrastruktur magistrallarıdır. Yeni “Qubadlı” gömrük postunun yaradılması da ərazidə ticarət və təhlükəsizlik sisteminin möhkəmlənməsinə xidmət edir.
Artıq azad Qubadlı abadlıq və yenidənqurmanın təzahürünə çevrilib. Burada dövlət siyasətinin prioritet istiqamətləri – təhlükəsizlik, sosial rifah, infrastruktur və ekoloji dayanıqlıq paralel şəkildə inkişaf etdirilir. Qubadlıda görülən işlər göstərir ki, hər qarış torpaq uzaqgörən siyasətlə bərpa olunur.
15 oktyabr - Qubadlı şəhəri günü bütövlükdə xalqın Zəfər ruhunun təntənəsidir. Qubadlıda yüksələn hər bina, salınan hər yol, əkilən hər ağac torpağın yenidən dirçəlişinin bariz nümunəsidir. Çünki azadlıq, birlik və qətiyyət üzərində qurulan hər bir dəyər əbədi yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

