Nəqliyyat, enerji və iqtisadi inteqrasiya – Türk dünyasının strateji birliyi
10.10.2025 [14:21]
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı türk dünyasının iqtisadi, enerji və nəqliyyat inteqrasiyasının gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu.
Prezident İlham Əliyev qeyd etdi ki, TDT çərçivəsində nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı strateji əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə regionun aparıcı ölkələrindən biri kimi çıxış edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan, həm Türkiyə ilə Mərkəzi Asiya, həm də Avropa arasında iqtisadi və logistika körpüsü rolunu oynayır.
Son illərdə Orta Dəhlizlə yükdaşımaların 90 faiz artması və tranzit müddətlərinin əhəmiyyətli dərəcədə azalması bu istiqamətdə atılan addımların səmərəsini göstərir. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi statusunu möhkəmləndirib.
Prezident İlham Əliyev qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biridir. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal-Cənub istiqamətində yeni arteriya kimi çıxış edərək, türk dünyasının iqtisadi birliyini daha da gücləndirəcək.
Enerji təhlükəsizliyi də çıxışın əsas istiqamətlərindən biri idi. Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu sahədə regionda lider mövqeyə malikdir. Dövlət başçısı bildirdi ki, ölkəmiz neft-qaz sektorunda olduğu kimi, bərpaolunan enerji sahəsində də ön sıralardadır. 2030-cu ilə qədər ümumi enerji istehsalının 40 faizinin bərpaolunan mənbələr hesabına təmin olunması planlaşdırılır.
Azərbaycan Orta Asiya, Türkiyə və Avropa ilə “yaşıl enerji dəhlizi” layihəsi üzərində fəal işləyir. Eyni zamanda, qardaş ölkələrlə birgə sərmayə fondlarının yaradılması və 20 milyard dollardan artıq sərmayənin qoyulması iqtisadi inteqrasiyanın praktiki nəticəsidir.
Prezident İlham Əliyev çıxışında vurğuladı ki, iqtisadi güc və enerji birliyi türk dünyasının siyasi müstəqilliyinin əsas dayağıdır. Azərbaycan bu istiqamətdə lokomotiv rolunu oynayır, dost və qardaş ölkələrlə birgə dayanıqlı inkişaf modelini formalaşdırır.
Qəbələ Zirvəsində səslənən bu mesajlar göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə türk dünyası beynəlxalq iqtisadi sistemdə öz sözünü deyən, enerji və nəqliyyat sahəsində strateji güc mərkəzi kimi möhkəmlənir.
Bu birliyin təməlində qarşılıqlı hörmət, ortaq dəyərlər və xalqların rifahına xidmət edən praqmatik əməkdaşlıq dayanır.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26

