/ / 27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir
27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir
26.09.2025 [22:27]
Səyyad Mirzəyev,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdı. Bu, sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat oldu. Ermənistanın növbəti təxribatı qarşısında Azərbaycan dövlətinin cavabı qətiyyətli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ədalətli və haqq mübarizəsinə qalxan xalqımız 44 gün ərzində şanlı bir tarix yazdı. Azərbaycan Ordusu düşmənin onilliklər boyu qurduğu istehkamları darmadağın etdi, strateji yüksəklikləri ələ keçirdi, kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdi. Oktyabr ayında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonunun əraziləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu müharibənin rəmzinə çevrilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərlərinin igidliyi nəticəsində azad olundu. Şuşanın azadlığı bütün xalqımız üçün dönüş nöqtəsi oldu, zəfərimizin müjdəçisi kimi tarixə düşdü. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış bəyanatla müharibəyə son qoyuldu. Müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi. Bu qələbə yalnız hərbi uğur deyildi. Bu həm də ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin zəfəri idi. Şəhidlərimizin qanı yerdə qalmadı, Vətən torpaqları işğaldan azad edildi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Azərbaycan xalqı şəhidlərinin müqəddəs xatirəsini daim ehtiramla yad edir, onların qoyduğu müqəddəs irsi – azad və güclü Azərbaycanın quruculuğunu davam etdirir.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

