/ / Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə öz tərəqqisinin zirvəsinə yüksəlib
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə öz tərəqqisinin zirvəsinə yüksəlib
29.09.2013 [10:36]
Goranboy rayonunun Qazanbulaq, Goranlı, Qazançı və Qırıxlı kəndlərində seçicilərlə görüşlər keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Goranboy rayon təşkilatı seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Qazanbulaq, Goranlı, Qazançı və Qırıxlı kəndlərində keçirilib.
Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov bildirib ki, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə son 10 il ərzində Onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrinə qiymət vermiş olurlar: “Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 10 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyada iqtisadi cəhətdən ən dinamik inkişaf tempinə malik olan ölkə imicini qazanıb. Eyni zamanda, Prezident İlham Əliyevin siyasəti nəticəsində əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb”.
E.İsmayılov əlavə edib ki, vətəndaşların sabaha inamı cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdən, bu siyasətin uğurlu nəticələrindən qaynaqlanır: “Ona görə də əminəm ki, seçicilərin böyük əksəriyyəti növbəti dəfə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə köklü iqtisadi islahatların həyata keçirildiyini, bunun nəticəsində bütün sahələrin paralel inkişaf etdiyini vurğulayıb. Akademik Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi siyasətin fonunda ölkəmizin bütün bölgələrinin inkişaf etdiyini bildirib. “Bütün görülən bu işlərin bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram” - deyə, akademik vurğulayıb.
T.Əliyev əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır: “Ona görə də xalqımızın növbəti seçkilərdə də cənab İlham Əliyevə etimad göstərəcəyi şübhəsizdir”.
Qərargah üzvləri Nizami Abdullayev, Şahin Allahverdiyev, Rüstəm Budaqov isə bildiriblər ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz tərəqqisinin zirvəsinə yüksəlib. Seçkilər ərəfəsində ictimaiyyət nümayəndələrinin böyük ruh yüksəkliyinə malik olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ruh yüksəkliyi təsadüfi deyil və xalqın cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə yüksək inamından qaynaqlanır.
Görüşdə çıxış edənlər - Roza Ağakişiyeva, Müseyib Rüstəmov, Şahin Əliyev, Azad Əhmədov, Pənah Zamanov, Hilal Zamanov, Asif Rüstəmov prezidentliyə namizəd cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dünya miqyasında yüksək səviyyədə tanınmasından, dünyada öz mövqeyini möhkəmləndirməsindən danışaraq, seçiciləri YAP-nın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Öz növbəsində seçicilər də 9 oktyabrda ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

