27 Sentyabr – Xalqın zəfər yolu və tarixə yazılmış qürur səhifəsi
25.09.2025 [14:56]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
27 Sentyabr Azərbaycan tarixində təkcə müharibənin başlandığı gün deyil, həm də xalqın öz əzmini, iradəsini və tarixi ədalətə olan inamını bütün dünyaya göstərdiyi gündür. Bu gün, Anım Günü, yalnız kədərin deyil, eyni zamanda qürurun, vətəndaş həmrəyliyinin, dövlət-millət birliyinin və böyük bir zəfərin başlanğıcıdır.
Bu müqəddəs gündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirləri xatırlamaq yerinə düşər:
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm... Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.”
Bu sözlər təkcə dövlət başçısının deyil, bütün Azərbaycan xalqının ürəyindən gələn minnətdarlığın və ehtiramın təcəssümüdür.
Ermənistanın ifrat millətçi ideologiyaya əsaslanan və Daşnaksutyun təfəkküründən qaynaqlanan işğalçı siyasəti bölgədə sabitliyi illərlə təhdid etmişdir. “Dənizdən dənizə Ermənistan” kimi sərsəm və reallıqdan uzaq ideyalar nəticəsində Ermənistan, havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş, bir milyondan artıq insanı doğma torpaqlarından didərgin salmışdır.
Azərbaycan daim beynəlxalq hüquqa sadiq, sülhsevər mövqedə olub, münaqişənin danışıqlar yolu ilə həllinə çalışmışdır. Lakin beynəlxalq birlik uzun illər boyu ikili standartlara əsaslanaraq Ermənistanın təcavüzkar siyasətinə lazımi qiyməti verməmişdir. Bu da regionda ədalətsizliyin dərinləşməsinə və yeni müharibənin qaçılmaz olmasına səbəb olmuşdur.
2020-ci ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatı Azərbaycanın səbir kasasını daşırdı. Mülki əhalinin, dinc yaşayış məntəqələrinin atəşə tutulması, günahsız insanların həyatına son qoyulması artıq hərbi cavabı zəruri etdi. Bu zaman Azərbaycan xalqı bir yumruq kimi birləşdi, “Öldü var, döndü yoxdur!” şüarı altında mübarizəyə qalxdı.
Azərbaycan Ordusunun peşəkarlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və xalqın sarsılmaz dəstəyi nəticəsində 44 günlük Vətən Müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə yekunlaşdı. Bu qələbə yalnız hərbi deyil, həm də siyasi və ideoloji üstünlük idi.
Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ruh yüksəkliyi və dövlətimizin güclü iradəsi hesabına qazanıldı. Müzəffər Ordumuzun göstərdiyi şücaət artıq dastanlara çevrilib, onların adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
27 Sentyabr – Anım Günü, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirildiyi gündür. Bu gün xalq olaraq şəhidlərimizə borcumuzu bir daha xatırlayırıq. Onların ruhu qarşısında baş əyir, onların qəhrəmanlığı ilə fəxr edirik.
Müzəffər Ali Baş Komandan İlham Əliyev deyir: “Onların qanı yerdə qalmadı... Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu.”
Anım Günü təkcə keçmişə baxış deyil, həm də dövlətin gələcəyə məsuliyyətlə yanaşmasının nümunəsidir. Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən dəstək, verilən mənzillər, sosial yardımlar və Zəfər ordenləri, medalları – bütün bunlar dövlətin əsgərinə olan ehtiramını nümayiş etdirir.
“Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq.”
Zəfər parkı, abidələr və memorial komplekslər şəhidlərimizin xatirəsinin yaşadılmasına, gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu parklar sadəcə istirahət məkanı deyil, həm də tarixi dərslərin verildiyi milli yaddaş yerləridir.
27 Sentyabr – Anım Günü yalnız matəm və hüzn günü deyil. Bu gün Azərbaycan xalqının birliyini, qəhrəmanlığını, ədalət uğrunda mübarizəsini və tarixi zəfərini simvolizə edən gündür.
Bu gün, şəhidlərimizin ruhuna dua etməklə yanaşı, biz bir daha öz milli kimliyimizi, torpağa, dövlətə və ədalətə olan bağlılığımızı təzələyirik. Onların müqəddəs qanı ilə azad edilən torpaqlarımızda yenidən həyat, ədalət və sülh bərqərar olur.
Qoy şəhidlərimizin ruhu şad olsun! Qoy bu torpaq bir daha əsarət üzü görməsin!
Xəbər lenti
Hamısına baxGündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

