Ağstafa rayonunun seçiciləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir
27.09.2013 [10:13]
Rayonun Xılxına və Qarahəsənli kəndlərində seçicilərlə görüşlər keçirilib
9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa rayonu üzrə seçki qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Bu istiqamətdə rayonun Xılxına və Qarahəsənli kəndlərində keçirilən görüşlərdə çıxış edən YAP Ağstafa rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvü, rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib.
F.Heydərli bildirib ki, Prezident İlham Əliyevin apardığı dolğun və qətiyyətli siyasi kurs nəticəsində ölkəmiz regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. O qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişafı məsələsi hər zaman prioritet sayılıb. Prezident İlham Əliyev tərəfindən fermerlərin, sahibkarların işini asanlaşdırmaq üçün bir sıra subsidiyaların verilməsi, əkin işi ilə məşğul olan insanlara yardım edilməsi ilə bağlı əhəmiyyətli addımlar atılıb: “Məhz bu tədbirlərin nəticəsidir ki, ölkəmiz ərzaq məhsulları ilə özünü təmin edir. Həm daxili, həm də xarici siyasətdə əldə olunan nailiyyətlər xalq tərəfindən bəyənilir və dəstəklənir. Cənab İlham Əliyevin gələcək üçün daha böyükmiqyaslı proqramları var. Bu proqramlar vətəndaşlarımızı xoş güzərana, sabit yaşama aparır. İnanıram ki, oktyabrın 9-da Ağstafa seçiciləri sabitliyə, inkişafa, gələcəyimizin qarantına- cənab İlham Əliyevə səs verəcək. İLHAMLA İRƏLİ!”.
Çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Feruz Həsənov Ağstafa rayonunun hər bir kəndində prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat kampaniyası ilə əlaqədar bir bayram sevincinin yaşandığını deyib: “Xalqımızı inkişafa aparan Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 10 ildə həyata keçirdiyi siyasətlə xalqın dəstəyini qazanıb. İnanıram ki, xalqımız, Ağstafa seçiciləri bu dəstəyi oktyabrın 9-da növbəti dəfə nümayiş etdirəcəklər”.
Tədbirdə çıxış edən Vaqif Əkbərov son illər Azərbaycanda aparılan abadlıq işlərindən bəhs edib. Onun sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçilərkən verdiyi vədlərin hamısını yerinə yetirdi: “2003-cü il seçkiləri zamanı Ulu öndər Heydər Əliyev bildirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Xalq isə hər zaman Ümummilli liderimizə arxalanıb, Onun siyasətini dəstəkləyib. Xalq cənab İlham Əliyevi dəstəkləməklə bir daha yanılmadığını ortaya qoydu. Azərbaycan bu gün böyük yüksəliş yolundadır. Aparılan iqtisadi, sosial islahatlar insanların rifah halının yaxşılaşdırılmasına yönəlib”.
Çıxış edən kənd sakinləri də Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini ifadə ediblər. Onlar əminlik ifadə ediblər ki, xalqımızın dəstəyi ilə Prezident İlham Əliyev növbəti beş ildə də ölkəmizin Prezidenti olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

