Kəlbəcərin dirçəlişi Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir
27.08.2025 [14:12]
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır. Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir.
Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi. Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında bir daha xatırlatdı ki, Azərbaycan heç vaxt işğalla barışmadı. 2003-cü ildən başlayaraq bu xətt bütün dövlət siyasətinin mərkəzində dayanmışdı. Güclü iqtisadiyyat quruldu, beynəlxalq aləmdə Azərbaycanın mövqeləri möhkəmləndirildi, ordu ən müasir silahlarla təchiz olundu, vətənpərvər gənc nəsil yetişdirildi. Nəticədə, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Ermənistanı kapitulyasiyaya məcbur etdi. Bir güllə belə atılmadan Kəlbəcər azad edildi. Dövlət başçısı vurğuladı ki, bu, xalqın və ordunun birliyinin, iradəsinin və yüksək mənəviyyatının nəticəsi idi. Ermənistan ordusunda on minlərlə fərarilik olduğu halda, Azərbaycan ordusunda bir nəfər belə fərari yox idi. Bu fakt xalqımızın və dövlətimizin gücünü bir daha təsdiqləyir.Kəlbəcərin dirçəlişi Azərbaycan dövlətinin gücünün bariz nümunəsidir. 32 illik həsrətdən sonra bu torpaqlarda yenidən həyat başlayır.2025-ci ilin avqust səfəri tariximizə həm də ona görə yazıldı ki, Azərbaycan xalqı bir daha gördü: onun dövlət başçısı yalnız qələbə qazandıran lider deyil, həm də işğaldan azad olunmuş torpaqlarda yeni həyatın memarıdır.
Ağaverdi Əliverdiyev,
YAP Qusar rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

