/ / Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü qeyd olunub
25.07.2025 [21:19]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Tovuz rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranmasından keçən 32 il partiyamız və xalqımız üçün şərəf və ləyaqət illəridir. Bu dövr Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi, dünya birliyində söz sahiblərindən birinə çevrilməsi, bütün sahələrdə böyük uğurlara imza atması dövrüdür. Bu uğurların əldə olunmasında Ulu Öndərimizin yaratdığı və bizlərə əmanət etdiyi Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri var. Partiyanın rayon təşkilatının yaranmasının ildönümünü qeyd edərkən biz ilk növbədə Ümummilli Liderimiz Heydər Əliyevi sonsuz bir məhəbbətlə yad edirik. Onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri mühüm zəfərlər, böyük nailiyyətlər, uzun dövr üçün hesablanmış iqtisadi inkişaf və müstəqil dövlətçilik səlnaməsidir. Bu gün Ulu Öndərin ideyalarına sədaqətlə xidmət edən və bir zamanlar ümid partiyası kimi qəbul olunan Yeni Azərbaycan Partiyası artıq inam partiyasına çevrilib. YAP öz lideri, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan quruculuğu işində, ölkədə islahatların yeni mərhələsinin həyata keçirilməsində əzmkarlıqla fəaliyyət göstərir. Bizim hər birimizin borcu bu mübarizədə yaxından iştirak etmək, qarşıdakı böyük məqsədlərə çatmaq yolunda fədakarlıq göstərməkdir.Sonda rayon təşkilatının fəaliyyətinə böyük dəyər verən M. Məmmədov bildirib ki, rayon təşkilatı rayonun ictimai-siyasi həyatında mühüm rol oynayır, seçki kompaniyalarında fəal iştirak edir və rayonun inkişafına öz töhfəsini verir. O, partiya üzvlərinin ölkəmizin tərəqqisi və milli birliyimizin möhkəmlənməsi üçün göstərdikləri sadiq və fədakar fəaliyyətə xüsusi önəm verib.
Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov tədbirdə çıxış edərək təşkilatın yaranmasının 32-ci ildönümündə iştirakçıları səmimi-qəlbdən təbrik edərək, partiyanın sədri cənab prezident İlham Əliyevin rəhbərliyi altında milli birliyin, sabitliyin və inkişafın əsas dayağına çevrildiyini vurğulayıb. Nihad Pənahov partiyanın yaradılmasının ağır şəraitdə, xalqın tələbi və dövlətçiliyin qorunması missiyası ilə gerçəkləşdiyini, Ulu Öndər Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını qeyd edib. O, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının əsası 1993-cü ilin əvvəlində qoyulduğunu, hazırda isə təşkilatda səkkiz mindən çox üzvün fəaliyyət göstərdiyini bildirdi. Sədr həmçinin təşkilatın ötən illər ərzində ölkənin ictimai-siyasi həyatında fəal mövqe tutduğunu, seçki kompaniyalarında yüksək təşkilatçılıq nümayiş etdirdiyini və partiyanın siyasi nüfuzunun daha da artdığını qeyd edib.
Nihad Pənahov qeyd edib ki, partiya həm 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə, həm də postmüharibə dövründə ölkənin geosiyasi mövqeyinin möhkəmlənməsində aparıcı rol oynayır. O, rayon təşkilatının Ulu Öndərin ideyalarına sədaqətlə xidmət etməyə davam edəcəyini və Prezident İlham Əliyevin siyasi kursuna tam dəstək verəcəyini vurğulayıb.
Tədbirdə çıxış edən partiya fəalları-Mücaməddin Axundov, Eyvaz Süleymanov və Yaqub Qasımov təşkilatın 32 illik fəaliyyəti, Ulu Öndər Heydər Əliyevin ideyalarının əhəmiyyəti və Prezident İlham Əliyevin siyasi kursuna dəstək barədə fikirlərini bölüşüblər. Onlar, həmçinin, gənclərə göstərilən diqqət və qayğının, regionda partiyanın nüfuzunun artmasının əhəmiyyətini vurğulayıblar. Fəallar ötən dövrdə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini, Şanlı Vətən müharibəsinin qazandığı böyük zəfərin partiyanın və dövlətin gücünü daha da təsdiqlədiyini qeyd ediblər.
Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Həmçinin, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri verilib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

