Dövlətçilik və sözün missiyası
22.07.2025 [18:19]
Kənan Qədirli,
YAP Ağdam rayon təşkilatı, Ağdam Olimpiya İdman Kompleksi ərazi partiya təşkilatının sədr müavini
Azərbaycan mətbuatının 150 illiyi sadəcə bir peşə bayramı deyil, bu, xalqın düşüncəsinin, söz azadlığının və milli oyanışının təcəssümüdür. 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə başlanan bu yol əslində Azərbaycanı ictimai-siyasi müstəqilliyə aparan tarixi bir cığır idi. Bu gün o cığır dövlətçiliklə bərabər irəliləyən böyük bir magistrala çevrilib.
Bir dövlət qulluqçusu kimi bu tarixi dərk edərkən mətbuatın təkcə informasiyanı çatdırmaq funksiyası deyil, milli kimliyin qorunmasında, ictimai rəyin formalaşmasında və dövlətin əsas dayaqlarından biri olmasında oynadığı rolun fərqinə daha dərin varırsan. Çünki güclü dövlət, güclü informasiya məkanı sağlam media mühiti ilə möhkəmlənir.
Müstəqil Azərbaycan dövləti sözün əsl mənasında mətbuata yeni nəfəs verdi. Bu yolun memarı Ümummilli Lider Heydər Əliyev oldu. Onun rəhbərliyi ilə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” qanun və mətbuat azadlığını təmin edən hüquqi baza jurnalistikanın yeni dövrünə qapı açdı. Zərdabinin ideallarını XXI əsrə daşıyan, milli mətbuatın həm siyasi, həm də mənəvi yüksəlişini təmin edən bu siyasət bu gün də davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediası yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınmağa və hörmət qazanmağa başladı. Məhz Cənab Prezidentin təşəbbüsü və iradəsi ilə KİV-lə bağlı institusional islahatlar aparıldı, Medianın İnkişafı Agentliyi yaradıldı, media subyektləri üçün şəffaf və müasir tələblərə uyğunlaşma prosesi başlandı.
Azərbaycan dövləti informasiya təhlükəsizliyini milli təhlükəsizlik kontekstində dəyərləndirir və bu baxış jurnalistikanın dövlətçilik anlayışına uyğun məsuliyyətlə inkişafına xidmət edir.
Bu gün mətbuat yalnız paytaxtın divarları içərisində fəaliyyət göstərmir. Qarabağ - illərlə susan, amma içində sözün qəzəbinin yığıldığı torpaqlar artıq azaddır. Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azad edilmiş bu torpaqlarda artıq söz azaddır! Bu azadlığın ən rəmzi nümunələrindən biri Şuşada keçirilmiş Qlobal Media Forumları oldu. Bu mötəbər tədbir göstərdi ki, Azərbaycan təkcə iqtisadi və hərbi güc deyil, həm də informasiya siyasətində mərkəzi oyunçuya çevrilib. Bu forumlar həm də bir simvoldur. İllər öncə atəş səslərinin eşidildiyi dağlar indi sülh, dialoq və medianın müzakirə məkanına çevrilmişdi.
Şuşa Media Forumu, eyni zamanda, mətbuatın gələcəyinə verilən mesaj idi: “İnformasiya savaşında kim düzgün, obyektiv və məsuliyyətli məlumat verirsə, o qalib gələcək”. Bu Forum, həmçinin jurnalistikanın dezinformasiyaya qarşı mübarizədəki rolunu bir daha gündəmə gətirdi və Azərbaycanın bu sahədə nümunəvi təcrübəyə malik olduğunu nümayiş etdirdi.
Milli mətbuatın dövlətlə vətəndaş arasında körpü funksiyası bu gün daha da aktuallaşır. Cəmiyyətin gözləntilərini, problemlərini, çağırışlarını dövlətə çatdırmaq, həm də dövlətin siyasətini, qərarlarını və xidmətlərini xalqa anladaraq izah etmək medianın məsuliyyətidir. Bu mənada, jurnalistikanın missiyası dəyərlər baxımından xalqa xidmət etməkdir.
Mətbuatın azadlığı onun məsuliyyətini də artırır. Qanunverici mühitin təkmilləşməsi, jurnalistlərin hüquqlarının qorunması, şəffaf maliyyə dəstəyi və etik davranış prinsiplərinin bərqərar olması - bunlar bu gün Prezident İlham Əliyevin apardığı media siyasətinin əsas sütunlarıdır.
Bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də gələcəyə baxırıq. Texnologiya sürətlə dəyişir, süni intellekt informasiyanı şəkilləndirir, informasiya məkanında sərhədlər itib. Amma bir şey dəyişmir: sözə olan etibar.Bu etibarı qorumaq həm dövlətin, həm jurnalistin, həm də cəmiyyətin vəzifəsidir. Bu milli yol sözə verilən dəyərin millət üçün işlədiyinin rəmzidir.
Əsas ixtisası jurnalistika olan, müstəqilliyini qətiyyətlə qoruyan, öz media siyasətini milli maraqlar üzərində quran bir dövlətin vətəndaşı və dövlət qulluqçusu olaraq inanıram ki, Azərbaycan mətbuatı gələcək illərdə də həm peşəkar, həm vətənpərvər, həm də etibarlı informasiya mənbəyi olaraq yoluna davam edəcək.
Milli Mətbuat Günü münasibətilə xalqın səsi olan bütün vicdanlı jurnalistləri, söz əhli olan qələm sahiblərini və medianın inkişafına töhfə verən hər kəsi təbrik edirəm!
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

