Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyəti
21.04.2025 [21:18]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Bu gün Azərbaycan - Gürcüstan münasibətləri ən yüksək səviyyədədir. Dost, mehriban qonşu və strateji tərəfdaş olan Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini məhz Azərbaycana etməsi iki ölkə arasında mövcud olan isti münasibətlərin bariz nümünəsi, dostluğun və tərəfdaşlığın növbəti təzahürüdür.
Prezidenti İlham Əliyev mətbuata bəyanatında həmkarnın prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərini ölkəmizə etməsini yüksək qiymətləndirib. Ölkə başçısı bildirib ki, bu eyni zamanda Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
“Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir”- deyən Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin də yüksək səviyyədə olduğunu, Gürcüstan və Azərbaycanın birgə bir çox önəmli layihələri icra etdiklərini və bu layihələrin həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını bildirib.
Dövlət başçısı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələrinin, neft-qaz kəmərlərinin, nəqliyyat, kommunikasiya layihələrinin, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələr olduğunu vurğulayıb. Ölkə başçısı bu layihələrin nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələr olduğunu bildirib. Əlavə edib ki, Avropanın enerji təhlükəsizliyi Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlərin, yeni inşa edilmiş dəmir yollarının, limanların həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratdığını və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb. Prezident İlham Əliyev əlavə edib ki, Cənubi Qafqazda Orta Dəhliz layihəsi Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir.
Dövlət başçısı həm Gürcüstan, həm Azərbaycanın Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsinə öz töhfəsini verdiyini bildirib. Uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrildiyini, bundan sonra bu bölgənin qara səhifələrinin bağlanıb tarixdə qalacağına ümidvar olduğunu söyləyib.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

