Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni dünya nizamında Azərbaycanın yeri və rolu

Yeni dünya nizamında Azərbaycanın yeri və rolu

15.04.2025 [19:17]

Arifə Abbasova,

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forum keçirildi. Bu forum artıq yeddinci dəfədir təşkil olunur. Forum, həm ölkənin beynəlxalq nüfuzunu artırmaq, həm də qlobal gündəmdəki mühüm məsələləri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev forumda çıxışı zamanı sürətlə dəyişən dünyada əməkdaşlığın əhəmiyyətinə toxundu, yeni fikir və mesajlar səsləndirdi. Onun çıxışı yalnız cari reallıqları əks etdirməklə kifayətlənməyib, həm də gələcək trendlər və çağırışlar barədə mühüm ideyalar ortaya qoydu. Prezident İlham Əliyev forumdakı nitqində, Türk Dövlətləri Təşkilatının Avropa İttifaqı və NATO ilə müqayisədə daha harmonik və daxili ziddiyyətlərdən uzaq olduğunu qeyd edib. Prezident, təşkilatın artıq kifayət qədər potensiala – insan resursları, təbii sərvətlər, nəqliyyat marşrutları və hərbi gücə sahib olduğunu vurğulayıb. O, Türk Dövlətləri Təşkilatını gücləndirmək üçün Azərbaycanın atdığı addımlardan danışıb. Türk dövlətlərini birləşdirən ortaq tarix, mədəniyyət, dil və ənənələrin təşkilatı unikal etdiyini bildirib və bu təşkilatın qlobal gücə çevrilməli olduğunu vurğulayıb. Onun fikrincə, təşkilatın daha fəal olması, qlobal problemlərə münasibət bildirməsi və beynəlxalq səviyyədə təşəbbüskar mövqe tutması vacibdir. Forumun mövzusu – “Yeni dünya nizamı” – son dövrlərin ən çox müzakirə olunan məsələlərindəndir. Bu ifadə müxtəlif baxış bucaqlarından qiymətləndirilir və hər kəs bu anlayışa özünəməxsus şəkildə yanaşır. Ancaq ümumi fikir budur ki, dünyada qəti söz sahibi olan bir dövlət yoxdur və heç bir ölkə təkbaşına dünya nizamı yarada biləcək qədər güclü deyil. Hazırkı dünya düzənində bir neçə geosiyasi aktor – ABŞ, Rusiya, Çin, Avropa ölkələri və digərləri – öz maraqlarını irəli sürməyə çalışır. Bu səbəbdən dünya nizamı ziddiyyətli və qeyri-sabit xarakter daşıyır. Demokratik dəyərlər, hüququn aliliyi, ərazi bütövlüyü və insan hüquqları kağız üzərində qəbul olunsa da, reallıqda bu prinsiplərə riayət edilmir. Tarix boyu güclü dövlətlər bu prinsipləri pozaraq öz maraqları naminə digər ölkələrin daxili işlərinə müdaxilə edib, ərazi bütövlüyünü pozub və nəticədə milyonlarla insan həlak olub. Günümüzdə də bu mənzərə dəyişməyib – əksinə, vəziyyət daha təhlükəli və daha kompleks hal alıb. Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz regionu bu geosiyasi toqquşmalardan təsirlənib. Ermənistanın uzun illər işğalçı siyasəti nəticəsində Azərbaycanın əraziləri zəbt olunub. Lakin Azərbaycan 2020-ci ildə öz gücü ilə bu torpaqları azad edib. Buna baxmayaraq, beynəlxalq güclərin ikili standartlara əsaslanan siyasəti hələ də davam edir. Bu reallıq göstərir ki, beynəlxalq hüquqdan çox güc balansı və maraqlar əsas rol oynayır. Forumda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqedən geniş bəhs edib. O, Azərbaycanın Avropa, Mərkəzi Asiya və Yaxın Şərqlə əlaqələrindən danışıb, ölkəmizin bu bölgələr arasında körpü rolunu oynadığını qeyd edib. Eyni zamanda, Prezident Azərbaycanın ABŞ, İran, Çin və Afrika ölkələri ilə əlaqələri, eləcə də bəzi Qərb dövlətlərinin anti-Azərbaycan mövqelərinə qarşı tutduğu prinsipial mövqeyi də diqqətə çatdırıb. Ermənistanla bağlı məsələlərə toxunan Prezident, bu ölkədə revanşist düşüncələrin güclü olduğunu bildirib. Ermənistan siyasi elitasını fəal və passiv revanşistlərə bölərək, onların bölgədə sabitlik üçün ciddi təhdid yaratdığını vurğulayıb. Prezident bildirib ki, Azərbaycan bu təhdidləri nəzərə alaraq hərbi gücünü artırır, lakin bu, təcavüz niyyəti ilə deyil, müdafiə məqsədilə həyata keçirilir. Ümumilikdə, forumda səsləndirilən fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlarda tutduğu yeri və gələcək üçün müəyyən etdiyi prioritetləri aydın şəkildə ortaya qoydu. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu aktora çevrildiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz strateji bir element kimi təqdim olunur və bu məsələ bir neçə aspektdən vurğulanır. Orta Dəhliz Azərbaycanın iştirak etdiyi mühüm tranzit logistika koridorudur. Və bu dəhlizin inkişaf etdirilməsi ölkəmizin birbaşa strateji maraqlarına daxildir. Hal-hazırda bu dəhliz Azərbaycanda tam gücü ilə fəaliyyət göstərir. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi mühüm infrastruktur layihələri bu dəhlizin əsas dayaqlarıdır. Lakin bu yayihələrin uğurla həyata keçməsi təkcə Azərbaycanın fəaliyyətindən asılı deyil. Burada Mərkəzi Asiya ölkələri və digər tərəfdaş ölkələrin koordinasiyalı və birgə fəaliyyəti də mühüm rol oynayır. Azərbaycan-Gürcüstan münasibətlərinə nəzər saldıqda, bu iki ölkə arasında qarşılıqlı faydalı və mehriban qonşuluq münasibətlərinin mövcud olduğunu görürük. Azərbaycan enerji resusrsları və nəqliyyat dəhlizləri məhz Gürcüstan üzərindən Türkiyəyə və oradan da Avropaya çatdırılır. Bu, Gürcüstanın iqtisadi inkişafında Azərbaycanın ciddi töhfəsi olduğunu göstərir və iki ölkə arasında strateji müttəfiqqlik münasibətlərinin formalaşmasına səbəb olub. Orta Dəhliz Rusiya-Ukrayna müharibəsindən sonra daha da aktuallaşıb. Bir çox ölkələr bu dəhlizin imkanlarına daha çox diqqət ayırmağa başlayıblar. Lakin dəhlizin genişləndirilməsi üçün hələ də böyük potensial mövcuddur. Əgər biz Orta Dəhlizi tam formalaşdırmaq istiyiriksə, bu zaman Zəngəzur dəhlizinin də fəaliyyətə başlaması zəruridir. Bu, həm Azərbaycanın yükötürmə qabiliyyətini artıracaq, həm də Naxçıvanın blokadasının aradan qalxmasına səbəb olacaq. Bundan başqa nəzərə almaq lazımdır ki, Gürcüstan limanlarında yüklənmə səviyyəsi yüksəkdir. Bu baxımdan alternativ liman və marşrutların olması da vacibdir. Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirməsi təkcə bu ölkəyə deyil, eyni zamanda türk dünyasına və ümumilikdə qlobal əməkdaşlığa ciddi ziyan vurur. Ermənistanın bu mövqeyi, çox zaman xarici qüvvələrin təsiri altında formalaşır. Bu xarici qüvvələr Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışırlar. Çünki onlar anlayırlar ki, bu dəhliz həm Azərbaycanın, həm də Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynaya bilər. Bütün bu maneələr baxmayaraq, Azərbaycan Şərq-Qərb Dəhlizinin inkişafı üçün ciddi addımlar atır. Son illərdə bu istiqamətdə yükdaşımalarda 30-40 faiz artım qeydə alınıb. Bu da Azərbaycanın tranzit imkanlarının ildən-ilə genişləndiyini göstərir.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30