Zaməddin Ziyadoğlu: Əbədiyaşar ideyalar
04.09.2024 [15:34]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın milli həmrəyliyini və bütövlüyünü təmin edən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan müstəsna işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Dahi Rəhbərin fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.
Bəli, doğrudan da Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması istiqamətində böyük tarixi xidmətlər göstərmişdir. Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövründə O, Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin və rəmzlərinin bərpası sahəsində mühüm tarixi-siyasi əhəmiyyət kəsb edən addımlar atdı. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası, Ali Sovetinin adı isə Ali Məclis adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərindən olan üçrəngli Dövlət bayrağımızın Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunması barədə qərar qəbul edildi, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması, eyni zamanda, Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün müsabiqənin elan olunması haqqında vəsatət qaldırıldı.
Ulu Öndər Heydər Əliyev 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında çıxış edərək, SSRİ-nin dağılmasının labüd proses olduğunu vurğuladı və öz mövqeyini tutarlı faktlarla əsaslandırdı. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il martın 7-də keçirilən sessiyasında Heydər Əliyev növbəti dəfə milli müstəqillik və suverenliyin vacib olduğunu bəyan etdi. Heydər Əliyevin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il martın 14-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının SSRİ-nin saxlanmasına dair referendumda iştirak etməməsi haqqında qərar qəbul olundu.
“Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-dən etibarən məhz bu fikirlərin işığında öz xilaskarlıq missiyasını həyata keçirib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə - qısa müddət ərzində neçə-neçə onilliklərə sığmayan böyük işlər gördü.Danılmaz tarixi faktdır ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə xalqımızın xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyev Ali Məclisin Sədri seçildi və qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməli qoyuldu.
1993-cü ildə Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu sahəsində məqsədyönlü siyasət həyata keçirildi və bunun nəticəsində “Hakimiyyətin mənbəyi xalqdır” prinsipi tam bərqərar oldu, demokratik institutlar, vətəndaş cəmiyyəti təsisatları yaradıldı,dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı,ictimai-siyasi sabitlik bərqərar oldu,ölkəmizin hərbi təhlükəsizliyini təmin etməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri yaradıldı, torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəal siyasi-diplomatik mübarizə aparıldı,yeni neft strategiyasının əsası qoyuldu, daxili və xarici təhdidlərə qarşı lider – xalq, dövlət - ordu birliyi möhkəmləndirildi.
Qürurverici haldır ki, Ümummilli Liderimizin siyasi xətti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qarışıq dünyamızın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.Ərazi bütövlüyü,suverenliyi tam bərpa olunan müasir, güclü, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları əsasında inkişaf edir və günbəgün qüdrətlənir.
Zaməddin Ziyadoğlu,
YAP Qazax rayon təşkilatının partiya veteranı
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

