Münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq
29.08.2024 [16:56]
Prezident İlham Əliyev 22-23 avqust tarixlərində Özbəkistanda dövlət səfərində oldu. Səfər başa çatsa da mühüm məqamı ilə ölkə mətbuatında geniş müzakirə edilməkdədir. Hər bir səfərin əhəmiyyətini artıran məqamlardan biri imzalanan sənədlərdir. Cənab İlham Əliyevin səfəri çərçivəsində 15-ə yaxın sənəd imzalandı ki, bunlardan müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Özbəkistan Prezidentinin “Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq. Bu münasibətlə Sizi bir daha təbrik edirəm. Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün rəsmən müttəfiq olduq. Bu, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Bu gün iki qardaş, dost ölkənin birliyini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində də görürük. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız bu torpaqlara qayıdışı ilə qurub-yaradırlar. İşğaldan azad edilmiş ərazilərimizdə beynəlxalq statusa malik 3 aeroportun tikilməsi bu ərazilərimizin əhəmiyyətini, coğrafi mövqeyini nümayiş etdirir. Beynəlxalq Hava limanları tarixi sahibinə qovuşmuş ərazilərimizin gələcəkdə turizm məkanı kimi nüfuz qazanmasında öz sözünü deyəcək. Məlum olduğu kimi, ötən il Özbəkistan Prezidenti ölkəmizə səfəri çərçivəsində Qarabağda oldu. Füzuli Beynəlxalq Hava Limanında qarşılanma mərasimindən sonra qonaqların da iştirakı ilə dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə tikilən məktəbin açılışında oldular. Prezidentlər mətbuata bəyanatlarında bu məktəbin istifadəyə verilməsini yüksək dəyərləndirmişdilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq” fikirlərinin davamı olaraq Özbəkistan Prezidenti bildirmişdir ki, bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı da dost, müttəfiq ölkənin Qarabağa hədiyyəsinə xüsusi diqqət yönəldildi. Şavkat Mirziyoyev “Qədim Qarabağ torpağı Sizin səylərinizlə inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Mən özüm Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüm. Evlər, məktəblər, xəstəxanalar inşa edilir. Yəni, demək istəyirəm ki, insanların rahatlığı və xoşbəxt həyatı üçün hər şey edilir. Qayıdan hər bir insanın, - onlar bu günü illərlə, on illərlə gözləyiblər, - biz İlham Heydər oğlu ilə onlarla görüşərkən, mən bu sakinlərin gözlərində evlərinə qayıtmağın sevincini gördüm” fikirlərinin davamı olaraq belə bir əminliyi ifadə etdi ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. Bu gün irimiqyaslı quruculuq işlərinin getdiyi Qarabağda əgər özbək inşaatçıları üçün də hər hansı sahə və ya rayon ayrılarsa, biz də çiçəklənən yeni Qarabağın inşaat işlərində iştirak edərik. Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış xeyli sayda sənəd əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

