Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada və Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlar dizelin qiymətini kəskin artırıb

Rusiyada və Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlar dizelin qiymətini kəskin artırıb

11.08.2026 [20:05]

Rusiya və Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına hücumlar Avropada, ABŞ-də dizelin qiymətinin kəskin artmasına səbəb olub.

AZƏRTAC “Handelsblatt” nəşrinə istinadla xəbər verir ki, Avropada dizel üzrə neft emalı marjaları təxminən 10 faiz yüksəlib. ABŞ-də aşağı kükürdlü dizelin fyuçers qiyməti 7,4 faiz artaraq bir qallon (3,785 litr) üçün 4,19 dollara çatıb. Bu, iyulun 13-dən bəri ən böyük gündəlik artım olub.

Qiymət artımı Ukraynanın Rusiyanın Tatarıstan Respublikasındakı və husilərin Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft emalı zavodlarına hücumlarından sonra baş verib. Cizan zavodu əvvəlki hücumdan sonra iyulun 27-dən fəaliyyətini dayandırıb.

Bu hücumların bazarı əhəmiyyətli həcmdə dizel yanacağından məhrum etdiyi bildirilir. Dizelin bahalaşması xam neftin qiymət artımını da üstələyib. Belə ki, “Brent” və ABŞ-ın WTI markalı xam neft təxminən 5 faiz bahalaşıb.

Yanacağın bahalaşması xüsusilə fermerləri narahat edir. Buna görə də yanacaq bazarında yaranan gərginliyin kənd təsərrüfatı xərclərinə və nəticə etibarilə ərzaq qiymətlərinə təzyiq göstərə biləcəyi gözlənilir.

Paylaş:
Baxılıb: 407 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30